«Afni Heyfets» sionist qəsəbəsi müqavimət qüvvələri tərəfindən hədəfə alınıb
https://azeri.sahartv.ir/news/fələstin-i399685-afni_heyfets_sionist_qəsəbəsi_müqavimət_qüvvələri_tərəfindən_hədəfə_alınıb
Fələstin müqavimət qüvvələri Tulkərmin cənub-şərqində yerləşən «Afni Heyfets» sionist qəsəbəsini atəşə tutublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2023 16:01 Asia/Baku
  • «Afni Heyfets» sionist qəsəbəsi müqavimət qüvvələri tərəfindən hədəfə alınıb

Fələstin müqavimət qüvvələri Tulkərmin cənub-şərqində yerləşən «Afni Heyfets» sionist qəsəbəsini atəşə tutublar.

SəhərAzəri-nin məlumatına görə, İnformasiya mənbələri dünən gecə xəbər veriblər ki, Tulkərmin Şufə kəndinə basqın edən sionist hərbçilər fələstinli gənclərlə toqquşub, həmçinin onlara tərəf atəş açıb, gözyaşardıcı qaz buraxıblar.

Verilən xəbərdə qeyd olunur ki, sionist hərbçilərin həmin hücumunda bir qrup insan yaralanıb və zərər çəkibdir.

Həmçinin Fələstin müqavimət qüvvələri Ceninin şimalında yerləşən nəzarət-buraxılış məntəqəsini partlayıcı bağlamalarla hədəfə alıblar.

Aprel ayında qərb sahilində gedən döyüşlərdə üç sionist öldürülüb, qırx bir sionist yaralanıb, on bir fələstinli isə şəhid olubdur.

Qərb sahili xüsusiyyət təşkil etməklə işğal edilmiş ərazilərin hazırkı şəraiti olduqca özəldir. Fələstinli döyüşçülər hər bir vasitə ilə sionistlərin saysız-hesabsız cinayətlərinə cavab verirlər. Bu məsələ qəsbkar sionistlər üçün özəl şərait yaradıbdır.

Bundan öncəyədək sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə döyüşürdülər. İndi isə Fələstinin şərqində yerləşən İordan çayının qərb sahili, onun gənclərinin silahlanmalarına görə, qorxaq sionistlər üçün pusqu məkanına çevrilibdir.