Sionist rejimin Qəzzəyə hücumunda 12 nəfər şəhid olub
May 09, 2023 20:50 Asia/Baku
Fələstin səhiyyə nazirliyi bildiribdir ki, sionist rejim qırıcılarının bu günün səhər saatlarında Qəzzə zolağına qarşı hücumunda azı 12 nəfər şəhid olub, 20 nəfər isə yaralanıbdır.
SəhərAzəri-nin məlumatına görə, Şəhidlərin adları və yaralıların dəqiq sayı indiyədək yayılmayıb.
Belə bir halda, sionist rejim iddia edibdir ki, bu rejim qırıcıları bu günün səhər saatlarında Qəzzə zolağında İslami Cihad müqavimətinin üç komandirini hədəfə alıblar.
Sionist rejim Fələstin müqavimətinin intiqam mahiyyətli hücumlarının qorxusundan Qəzzə zolağının qırx kilometrliyində yerləşən işğal olunmuş ərazilərin sakinlərindən çərşənbə axşamı günü səhər saat iki-otuz dəqiqədən axşam saat altıyadək sığınacaqların yaxınlığında qalmalarını istəyib.