May 14, 2023 14:48 Asia/Baku
  • İngiltərədəki Fələstin tərəfdarları sionist rejimə qarşı aksiya keçiriblər

İngiltərədəki Fələstin tərəfdarları “fəlakət günü”nün gəlib çatması münasibətilə dünən BBC kanalının binası qarşısında sionist rejimə qarşı aksiya keçiriblər.

SəhərAzəri-nin məlumatına görə, Aksiyaçılar sionist rejimin Fələstin xalqına qarşı cinayətləri və İngiltərə hökumətlərinin bu uşaqöldürən rejimi himayə etməsini pisləyiblər.

Aksiya Londonda- BBC kanalının binası qarşısından başlanıb və Fələstin tərəfdarları sionist rejimin yaradılmasının bünövrəsi sayılan Balfur bəyannaməsinin təqdimatının keçirildiyi məkanadək London küçələrində aksiyanı yürüş formasında davam etdiriblər. Nümayiş iştirakçıları İsrail rejiminə qarşı şüarlar veriblər.

Aksiyaçılar Fələstin xalqı və müqavimətinə dəstək istiqamətində əllərində Fələstin bayrağı və plakatlar tutublar.

Fələstinə dəstək verən bir ingilis qadın İran-Press informasiya agentliyinin Londondakı müxbiri ilə müsahibədə deyibdir ki, BBC telekanalı Fələstin barədə xəbər və informasiyaları işıqlandırmır.

Bu gün, on dörd may, “Yəumulnəkbə”nin ildönümü günüdür. İngiltərə sionist rejimin təsis edilməsində əsas rol oynayıb. Bununla belə, hazırda bu rejim keçmişdəkindən daha çox öz saxta mahiyyət böhranına və daxildən uçulub tökülməyə düçar olubdur.

 

Teqlər