May 23, 2023 15:47 Asia/Baku
  • Qants Netanyahu kabinetinin devrilməsinə təkid edib

Sionist rejimin sabiq müharibə naziri dünən etdiyi çıxışda bu rejimin baş nazirinə yenidən hücum, həmçinin Netanyahunun hökumətinin devrilməsi və yeni nazirlər kabinetinin onun yerini tutmasına təkid edib.

SəhərAzəri-nin məlumatına görə, Sionist rejimdə müxalifət koalisiyasının başçılarından olan Beni Qants bir tvittdə bu haqda yazıb: Olduğumuz şəraitdə öncə İsraili,/ onun hüquqi və məhkəmə sistemini qorumalı,/ insanlar arasında parçalanmanın, həmçinin iqtisadiyyata və təhlükəsizliyə zərərin dəyməsinin qarşısını almalıyıq.Qants əlavə edib: Nəyin bahasına olursa-olsun, İsrailin məhkəmə sisteminin siyasiləşməsinə mane olmalıyıq. Bu qənaətdəyəm ki, bu pis nazirlər kabinetini dəyişməliyik.Netanyahunun məhkəmə islahatları planına qarşı etirazların davam etməsi, onu bu planı hələlik dayandırmğa məcbur etdi.

Teqlər