May 26, 2023 17:08 Asia/Baku
  • Daha Amerika hegemonluğu yoxdur

Dünyada daha Amerika hegemonluğunun olmadığını və hər şeyin çoxqütblü dünyaya doğru irəlilədiyini bildirən Livan Hizbullahının baş katibi bildiribdir ki: İsraili narahat edən məsələ, məhz budur!

SəhərAzəri-nin məlumatına əsasən, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən gecə "Müqavimət və Qurtuluş Bayramı" kimi qeyd edilən Livanın azad edilməsinin ildönümü münasibətilə etdiyi çıxışında müqavimət bayramının Livanın əldə etdiyi böyük qələbəni xatırlatdığını söyləyib.İsrail hazırda divarlar və atəş arxasında gizlənir və Fələstin xalqı ilə müzakirələrdə öz şərtlərini qəbul etdirə bilmir- deyə, Livan Hizbullahının baş katibi vurğulayıb.

İsrail rejiminin daxili parçalanmasının qarşısında müqavimət mehvərinin birlik və sabitliyinin durduğunu qeyd edən Seyid Həsən Nəsrullah bildiribdir ki: Sionist düşmənlə müharibə bitməyib və torpaqlarımızın bir hissəsi hələ də işğal altındadır.O, daha sonra İran və Suriyanın müqaviməti himayə edən mövqelərini yüksək qiymətləndirib və əlavə edib ki: İran prezidenti Ayətullah Seyid İbrahim Rəisinin// Suriyaya qarşı onikiillik dünya müharibəsindən sonra bu ölkəyə səfərdə tutduğu mövqe,/ müqavimət mehvərinin birliyinə dəlalət edir.Livan Hizbullahının baş katibi/ sionist rejimin baş naziri Benyamin Netanyahunun təhdidlərini də cavablandırıb: Bizi böyük müharibə ilə təhdid edən siz deyilsiz; belə bir müharibə ilə sizi hədələyən bizik!Hizbullahın baş katibi/ regionda böyük müharibənin işğalçı rejimin məhvinə gətirib çıxaracağını vurğulayıb və bildirib ki: Düşmən qorxmalı, həmçinin hər hansı bir ölkədə böyük müharibəyə gətirib çıxaracaq səhvlərə yol verməmək və səhv hesablamaların qarşısını almaq üçün diqqətli olmalıdır.Livan Hizbullahının baş katibi sonda mənfur İsrail rejiminin devriləcəyi və bu devrilmənin mütləq baş verəcəyini vurğulayıb.

Teqlər