Sionistlər Cenindən qaçdı- Qəzzadan işğalçılara raket endirildi
Cinayətkar sionist rejimi ordusu iki günlük Cenin hücumundan və Təl-Əvivdə 10 sionistin yaralanması ilə nəticələnən qisas əməliyyatından və Qəzzə müqavimətinin cavab atəşindən sonra bu məntəqəni tərk etmək məcburiyyətində qalıb.
İşğal olunmuş Fələstindəki media mənbələri bu gün səhər saatlarında Fələstin müqavimətinin Qəzza zolağının ətrafındakı sionist yaşayış məntəqələrinə raket zərbələri endirdiyini bildirib.
Bu raket hücumları cinayətkar İsrail rejimi ordusunun Cenin və ətəraf yaşayış məskənlərinə etdiyi təcavüzə cavab olaraq həyata keçirilib. Sionistlərin iddiasına görə, yaşayış məntəqələrindən bir neçəsi bu hücumların hədəfinə çevrilib.
Sionist Sderot şəhərinin meri Fələstin müqavimətinin raketlərindən birinin Qəzza yaxınlığında yerləşən bu şəhəri vurduğunu bildirib.
İsrail ordusu iddia edib ki, "Dəmir Günbəz" Qəzza zolağından Sderot istiqamətində atılan 5 raketi zərərsizləşdirib.
Media xəbərləri bu haqda məlumat verib ki, sionist qüvvələr Qəzza zolağının şimalındakı Beit Lahia qəsəbəsindəki müqavimət mərkəzlərini də hədəfə alıblar.
Qeyd edək ki, cinayətkar İsrail rejimi əsgərlərinin Cenin və ətraf məntəqələrə iki günlük baş tutumuş hücumu İslam dünyasının və eləcə də regionun ictimai rəyin mənfi reaksiyası ilə üzləşmiş, bu hücümlara cavab olaraq Təl-Əvivdə 10 nəfərin yaralanması ilə nəticələnən qisas əməliyyatı keçirilmişdir. Bununla yanaşı müqavimət qüvvələri Qəzzədən raketlərlə hücuma başlaması nəticəsində cinayətkar sionist əsgərləri bu əraziləri tərk etməyə məcbur qalıblar.
Xatırladaq ki, cinayətkar İsrail ordusu bazar ertəsi səhər saatlarında Cenin məntəqəsində irimiqyaslı hərbi əməliyyat keçirmiş, nəticədə Fələstin vətəndaşlarının yaşayış məskənlərinin dağıdılmasından əlavə əlavə, 11 nəfəri şəhid olmasına, 100-dən çox insan yaralanmasına səbəb olub. Həmçinin, cinayətkar rejimin bir çox sayda fələstinlini bu əməliyyatda oğurlandığı və həbs edildiyi xəbəri də verilmişdir.
Bütün bunların fonunda cinayətkar İsrail rejimi ordusunun Cenin düşərgəsinə hücumunun sona çatdığını elan etməsi və istənilən hədəfinə nail ola bilməməsi bunun ardından isə, biabırçı şəkildə geri çəkilməsi, məntəqədə yerləşən Fələstin xalqını sevincinə səbəb olub.
"Fələstin İslami Cihad Hərəkatı"-nın baş katibi Ziyad ən-Nəxalə böyük Fələstin xalqının Cenin və ətraf məntəqələrinə qarşı işğalına layiqli cavab verərək məğlub etməsi və bununlada böyük qələbə qazandığını açıqlamış, Cenin briqadalarının komandirləri və onun mübariz döyüşçüləri bu böyük qələbəyə rəhbərlik etdiyini vurğulayıb.
"HƏMAS" İslami Müqavimət Hərəkatının siyasi bürosunun baş katibi İsmayıl Həniə mətbuata açıqlamasında deyib ki, "Düşmənin rüsvayçı məğlubiyyətindən və onun Cenin düşərgəsindən qaçmasından və müxtəlif qollardan olan fələstinli mücahidlərin vahid qarşıdurmasından sonra müqavimət və sionist ordusunun mərkəzində qisas əməliyyatı keçirməklə sionist ordusunun yenidən məğlubiyyətə uğramasından məlum oldu ki, müqavimətin əsas xətti düşmən cinayətlərinə cavab verməklə işğalçıları Fələstin torpağından çıxarmaqdır.