Qəsbkarları pis gələcək gözləyir
Cenindəki müqavimət oxun ucudur. Bu gün Cenində baş verənlər böyük bir partlayışın müqəddiməsidir və müqavimətin genişlənməsi sionist işğalçılar və onların təhlükəsizlik koordinasıyası sistemi üçün pis bir gələcək proqnoz edir.
Bunları Həmas hərəkatının siyasi bürosunun üzvlərindən biri vurğulayıb.
Salah Əl-Bərdəvil deyib:
Cenindəki müqavimətin meydanlar arasındakı əlaqə və birliyi himayə etməsi Həmas üçün müqəddəsdir və Qəzzə, heç bir fələstinli meydanından əl çəkməyib və çəkməyəcəkdir də.
O, əlavə edib:
Qəzzə qərb sahilindəki müqaviməti himayə edir. Cenindəki müqavimət döyüşçülərinin fəaliyyətləri və Cenində baş verənlər/ fələstinlilərin İsrail rejiminin cinayətlərinə qarşı artmaqda olan emosiyalarının təbii inkişafıdır.
Salah Əl-Bərdəvil söyləyib: Qərb sahili 2007-ci ildən bəri Fələstin muxtariyyətinin, işğalçıların və sionist qəsəbə sakinlərinin təzyiqləri altında olub. Cenin bu gün oxun ucudur. Milyonlarla fələstinli onun ardınca bizim ərazilərin azad edilməsinə doğru hərəkət edəcək.