Təl-Əvivin sənaye zonasında güclü partlayış baş verib
https://azeri.sahartv.ir/news/fələstin-i402632-təl_Əvivin_sənaye_zonasında_güclü_partlayış_baş_verib
Sionist mediası Təl-Əvivin şimalındakı sənaye bölgəsində yerləşən zavodda güclü partlayış haqda xəbərində, bu hadisədə ən azı 3 nəfərin yaralandığını bildirib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 15, 2023 12:03 Asia/Baku
  • Təl-Əvivin sənaye zonasında güclü partlayış baş verib

Sionist mediası Təl-Əvivin şimalındakı sənaye bölgəsində yerləşən zavodda güclü partlayış haqda xəbərində, bu hadisədə ən azı 3 nəfərin yaralandığını bildirib.

Məlumata görə, yerli mənbələr çərşənbə axşamı səhər Təl-Əvivin şimalında, işğal olunmuş Fələstində yerləşən sənaye bölgəsində güclü partlayışın baş verdiyini bildiriblər.

Fələstinli “Şəhab” xəbər agentliyi sionist rejim mediasına istinadən bildirib ki, sənaye mərkəzlərindən biri olan Ramat-Həşəron bölgəsinin sakinlərindən güclü partlayışdan sonra təhlükəli maddələrin sızması qorxusuna görə evlərinin qapı və pəncərələrini tamamilə bağlamaq tələb olunub.."

İlkin məlumatlara görə, Ramat Haşaron sənaye bölgəsində kimya istehsalı zavodunda partlayış baş verib və bu hadisədə ən azı 3 sionistin yaralandığı təsdiqlənib.