Sionist rejim pilotları ABŞ-a səfər edən Netanyahunu aparan təyyarədən imtina etdi
Üçüncü dəfə İsrailin ən böyük aviaşirkətinin pilotları Netanyahunun məhkəmə islahatlarına etiraz olaraq onun təyyarəsini Nyu-Yorka uçurmayacaqlarını açıqlayıblar.
Sionist rejimin hakim kabineti Knessetdəki (Parlament) nümayəndələrinin dəstəyi ilə Netanyahunun təklif etdiyi məhkəmə dəyişiklikləri qanun layihəsi çərçivəsində “məqbulluq” qanun layihəsi təsdiqlənməsi ardından rejimdə artan gərginlik ciddi böhranlara səbəb olub.
Sionist rejimin 13-cü kanalının xəbərinə əsasən, rejimin ən böyük hava yolu şirkəti olan “El Al” hava yolları şirkətinin 777 saylı hava eskadrilyasının pilotları elan ediblər ki, rejimin baş naziri Benyamin Netanyahu "böyük məhkəmə dəyişiklikləri" planına etiraz olaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu Yorka səfərini təmin etməyəcəklər.
Xatırladaq ki, artıq 36-ci həftədir ki, işğal edilmiş ərazilərdə etiraz dalğaları səngimək bilmir.