Hizbullah şiddətli Əynulhilvə toqquşmaları haqda bəyanat yayıb
Livan Hizbullahı Əynulhilvə düşərgəsində gedən şiddətli toqquşmalara reaksiya verib və onların dayandırılmasını istəyib.
Livanın cənubunda yerləşən Əynulhilvə fələstinli didərginlər düşərgəsi cümə axşamı günündən bəri bir daha fələstinli Fəth hərəkatı qüvvələrilə silahlı ünsürlər arasında gedən toqquşmaların şahididir. Qeyd edək ki, sözügedən düşərgəyə nəzarət, bu hərəkatın öhdəsindədir.
Livan Hizbullahı Əynulhilvə düşərgəsində gedən toqquşmaların şiddətlənməsilə yaydığı bəyanatda belə qeyd edib: Biz açıq şəkildə bildiririk ki, bu toqquşmalara qarşıyıq və İsrail rejimi bu hadisələrdən istifadə edən yeganə tərəfdir.
Bəyanatda sonra deyilir: Fələstin müqavimətinin Fələstini azad etmək üçün daxildə böyük qəhrəmanlıq göstərdiyi bir şəraitdə, Əynulhilvə düşərgəsində bu cür faydasız toqquşmalar cərəyan edir.
Biz Livanın təhlükəsizlik orqanlarının ahəngdarlığı ilə və Fələstin milli hərəkəti çərçivəsində razılaşdırılmış mexanizmə sədaqət və atəşkəs istəyirik- deyə, Livan Hizbullahı bəyan edib.
Əynulhilvə düşərgəsindəki toqquşmaların cümə axşamı günündən kəskinləşməsi nəticəsində beş nəfər ölüb, əlli iki nəfər isə yaralanıbdır. Düşərgədə olan minlərlə fələstinli də güllə və mərmi atəşləri altındadır.