Sen 19, 2023 16:07 Asia/Baku
  • Fələstin məsələsinin yeganə həll yolu, müstəqil Fələstin ölkəsinin təşkilidir

BMT Baş Assambleyasının illik sessiyasında iştirak məqsədilə Nyu-Yorka səfər edən Ərəbistan xarici işlər naziri deyibdir ki, Fələstin məsələsinin yeganə həll yolu, müstəqil Fələstin ölkəsinin təşkilidir.

Feysəl bin Fərhan bazar ertəsi günü Nyu-Yorkda Ərəbistan dövlət telekanalı ilə müsahibədə əlavə edib: Fələstin ilə İsrail rejimi arasındakı Fələstin münaqişəsi üçün/ müstəqil Fələstin ölkəsinin təşkilindən başqa bir həll yolu mövcud deyildir.

Fələstin məsələsinin həll yolu barədə Avropa Birliyi, Misir və İordaniya ilə məşvərətlər aparılmaqdadır- deyə, bin Fərhan bildirib.

Ərriyad Vaşinqtonun nəzərinə çatdırıbdır ki, Təl-Əvivlə münasibətlərin normallaşdırılması ilə bağlı hər hansı müzakirəni və ya onun qarşısında atılacaq istənilən addımı dayandıracaq. Bunu, bazar günü sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisindəki məsul bir şəxs söyləyib.

Sionist rejimin teleradio təşkilatı da bir neçə gün bundan qabaq ABŞ dövlət katibi Entoni Blinkenə istinadla belə qeyd etmişdi: Səudlar tam açıq şəkildə bizə bildirdilər ki, Fələstin məsələsi Təl-Əvivlə münasibətlərin normallaşdırılması üçün mühüm və əsas bir məsələdir və Ərriyadın nöqteyi-nəzərincə, münasibətlərin normallaşdırılması, ikidövlətli həll yolunun icrasına şamil olmalıdır.

 

Teqlər