Tulkərmdə anti-sionist əməliyyat başlayıb
https://azeri.sahartv.ir/news/fələstin-i403835-tulkərmdə_anti_sionist_əməliyyat_başlayıb
Fələstinli döyüşçülər sionist rejimin Tulkərmə qarşı təcavüzünə cavab olaraq, «Nur Şəms» düşərgəsinin sipər əməliyyatının başlanmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2023 09:53 Asia/Baku
  • Tulkərmdə anti-sionist əməliyyat başlayıb

Fələstinli döyüşçülər sionist rejimin Tulkərmə qarşı təcavüzünə cavab olaraq, «Nur Şəms» düşərgəsinin sipər əməliyyatının başlanmasından xəbər veriblər.

Sionist rejim hərbçilərinin buldozeri Tulkərmdə yerləşən «Nur Şəms» düşərgəsində Həmas hərəkatının hərbi qolu olan İzzəddin Qəssam batalyonlarının döyüşçülərinin əldəqayırma bombaları ilə hədəfə alınıb. Bununla bir zamanda, İslami Cihad hərəkatının hərbi qolu olan Qüds batalyonlarının tabeliyindəki Tulkərm hərbi qrupu sionist rejimin Tulkərmə qarşı təcavüzünə cavab olaraq, «Nur Şəms» düşərgəsində «Düşərgə Qılıncı» əməliyyatının başlanmasından xəbər verib və işğalçılara qarşı mübarizənin davam etdirilməsinə təkid edib.