Okt 08, 2023 14:22 Asia/Baku
  • Sionist rejimin təhlükəsizlik kabinetinin fövqəladə iclası sona çatıb

Sionist rejimin "Kan" televiziya kanalı şənbə gecəsi işğal olunmuş ərazilərdəki son hadisələri nəzərdən keçirmək üçün sionist rejimin təhlükəsizlik kabinetinin fövqəladə iclasının başa çatdığını elan edib.

Şənbə günü Fələstin Müqaviməti döyüşçüləri Qəzzənın cənubdan sionist rejimin Fələstinin işğal olunmuş ərazilərindəki mövqelərinə qarşı hərtərəfli və bənzərsiz əməliyyata başlayıblar; Qəsbkar işğalçıların 75 illik tarixində misli görünməmiş və sionistləri şoka salan bir əməliyyat.

Fələstin müqavimətinin sionist rejimə qarşı "Əl-Əqsa tufanı" adlı əməliyyatı nəticəsində indiyədək 350 sionist öldürülüb, 1500-dən çoxu isə yaralanıb.

Həmçinin, 100-ə yaxın sionist Fələstinin müqavimət qrupları tərəfindən əsir götürülüb.

Sionist rejimin "Kan" telviziya kanalı bildirib ki, bu rejimin müharibə naziri Yoav Qallant digər sionist nazirlərə bu görüşün məzmunu ilə bağlı qısa məlumat verib və onlara xəbərdarlıq edib ki, həssas təhlükəsizlik vəziyyətini nəzərə alaraq, heç bir halda bu görüşdən məlumat sızdırmasınlar. 

Eyni zamanda sionist rejimin baş naziri Benyamin Netanyahu şənbə gecəsi etiraf edib ki, bu gün baş verənlər görünməmiş bir hadisə idi.

Sionist rejim ordusunun keçmiş sözçüsü də etiraf edib ki, bütün İsrail sistemi HƏMAS-ın hücumu qarşısında tamamilə iflasa uğrayıb və uğursuzluğa düçar olub.

Sionist rejim ordusunun bu keçmiş rəsmisi bildirib ki, İsrailin bütün müdafiə strukturu da HƏMAS-ın hücumları qarşısında uğursuzluğa düçar olub.

Sionist rəsmilərin bu açıqlamaları Fələstin müqavimətinin Təl-Əvivin mərkəzini raket hücumlarının hədəfinə çevirdiyi bir vaxta təsadüf edir. 

Sionist rejimin Fransadakı səfiri isə bildirib ki, bu rejimin işğalçı ordusu HƏMAS-ın hücumuna kifayət qədər hazır deyildi və bu, kəşfiyyat xidmətlərinin uğursuzluğundan xəbər verir.

Teqlər