Okt 17, 2023 13:34 Asia/Baku
  • “Şin Bet” günahı üzərinə götürdü

Sionist İsrail rejiminin “Şin Bet” təhlükəsizlik xidmətinin rəhbəri Ronen Bar oktyabrın 7-də HƏMAS-ın hücumuna səbəb olan uğursuzluqlara görə məsuliyyəti öz üzərinə götürüb.

Haaretz qəzeti bu barədə xəbər verir: “Bununla da Bar İsaril ordusunun qərargah rəisi, yüksək rütbəli ordu komandirləri və milli təhlükəsizlik müşaviri də daxil olmaqla, məsuliyyəti öz üzərinə götürmüş bir neçə tanınmış xadimə qoşulur”.

Qeyd edək ki, Netanyahu hökumətindəki bir neçə nazir, o cümlədən maliyyə naziri Bezalel Smotriç və təhsil naziri Yoav Kiş hökumətin müharibəyə görə məsuliyyət daşıdığını bildiriblər.

 

Teqlər