Qəzzə əhalisinə qarşı 18 min ton partlayıcı istifadə olunub
https://azeri.sahartv.ir/news/fələstin-i405006-qəzzə_əhalisinə_qarşı_18_min_ton_partlayıcı_istifadə_olunub
Oktyabrın 7-dən İsrail Qəzzə zolağında 18 min tondan çox partlayıcı istifadə edib ki, bu da təxminən 1,5 atom bombasının gücünə bərabərdir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Okt 31, 2023 12:31 Asia/Baku
  • Qəzzə əhalisinə qarşı 18 min ton partlayıcı istifadə olunub

Oktyabrın 7-dən İsrail Qəzzə zolağında 18 min tondan çox partlayıcı istifadə edib ki, bu da təxminən 1,5 atom bombasının gücünə bərabərdir.

Bu barədə Fələstin hökumətinin Qəzzədəki Media Ofisinin rəhbəri Səlameh Məruf məlumat verib.

O vurğulayıb ki, işğalçı qüvvələr Qəzzədə 85 hökumət binasını dağıdıb.

Onun sözlərinə görə, qondarma İsrail rejimi Qəzzə zolağında 47 məscidi dağıdıb, 3 kilsəyə böyük ziyan vurub. Hücumlar nəticəsində 200 mindən çox binaya ziyan dəyib, onlardan 32500-ü tamamilə dağılıb və yaşayış üçün yararsız hala düşüb, 203 məktəbə ciddi ziyan dəyib, 45 məktəb isə tamamilə sıradan çıxıb.

Məruf qeyd edib ki, işğalçı rejim ordusu 908 ailəni məhv edib və bu, minlərlə insanın ölümünə səbəb olub.