Noy 02, 2023 12:24 Asia/Baku
  • İordaniya İsraildəki səfirini geri çağırdı

Terror dövlətinə qarşı diplomatik təzyiqlərin artması fonunda İordaniyanın Xarici İşlər Nazirliyi bu ölkənin İsraildəki səfirini geri çağırıb.

Nazirlikdən verilən açıqlamada deyilir ki, İordaniya yəhudi dövlətinin hərəkətlərinə etiraz olaraq və onu pislədiyini göstərmək üçün bu addımı atır.

Diplomatik qurumun rəhbəri Əymən əs-Səfədi qeyd edib ki, səfir yalnız Qəzzə zolağında döyüşlər və humanitar böhran bitəndən sonra qayıda bilər.

Nazirin sözlərinə görə, İsrail Xarici İşlər Nazirliyi də təhlükəsizlik tədbirləri ilə əlaqədar daha əvvəl İordaniyanı tərk etmiş nümayəndəsini Əmmana qaytarmamalıdır.

Xatırladaq ki, artıq sionist İsrail rejimi 6 ölkədəki – Misir, İordaniya, Mərakeş, Bəhreyn, Türkiyə və Türkmənistandakı səfirliklərinin binaları boşaldılıb, onların əməkdaşları İsrailə qaytarılıb.

Digər tərəfdən Boliviya hökuməti Qəzzə zolağındakı cinayətlərinə görə sionist İsraillə diplomatik münasibətlərini kəsib.

Çili və Kolombiya isə qaniçən rejimin Cebaliya qaçqın düşərgəsində qırğın törətməsinə etiraz əlaməti olaraq Təl-Əvivdəki səfirlərini geri çağırıblar.

Azərbaycan Respublikası işğalçı rejimlə diplomatik əlaqəsi olan azsaylı müsəlman ölkəsi olsa da, bu rejimlə münasibətlərini qoruyub saxlamaqda israrlıdır.

 

Teqlər