Noy 03, 2023 19:26 Asia/Baku
  • S.H.Nəsrullah: Sionistlərlə döyüşdən qanuni döyüş yoxdur

Livan Hizbullahının baş katibi deyib: Əgər qanuni, insani, əxlaqi və dini baxımdan tam döyüş tapmaq istəsək, sionistlərlə döyüşdən yaxşısını tapa bilmərik.

 

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Qüds yolu şəhidlərinə həsr olunmuş mərasimdə çıxış edib. Belə bir halda, bu çıxışın nəticələrindən qorxuya düşən sionist rejim ordusu tam hazır vəziyyətə gətirilib. Sionist rejimin radio və televiziya kanalları da elan ediblər ki, bütün Qərbi Asiya bu çıxışı dinləmək üçün nəfəsini sinəsində saxlayıbdır.

Silaha malik olmaqdan öncə bizim gerçək gücümüz,/ iman, uzaqgörənlik, sayıqlıq, bu amala dərin sədaqət, canfəşanlıq üçün yüksək hazırlıq və həddi-hüdudu olmayan səbirdir ki, şəhid ailələri onun bariz nümunələridirlər.

Livan Hizbullahının baş katibi söyləyib: Düşmən bilsin ki, bu döyüşün sonunda Qəzzə qalib gələcək. Qəzzədə baş verənlər bizim bölgəmizdə əkilmiş  qəsbkar rejimin vəhşi və yırtıcı xislətindən xəbər verir.

Qəzzə uşaq və qadınları səbəb oldular ki, nüqablar kənara çəkilsin və dünya və ərəb medialarının düşmənlə saziş sahəsində xalqları aldatmaq üzrə siyasətləri rüsvay olsun.

Amerika Qəzzədə gedən bu müharibədə tam şəkildə məsuliyyət daşıyır. Məhz Amerika təcavüzkarlığın qiymətini ödəməlidir.

O, əlavə edib: Düşmənin Qəzzəyə girməkdə ehtiyat etməsi, onun zəifliyi və acizliyinin nişanəsidir. Düşmən bir aydan sonra hətta bir hərbi nailiyyət belə, əldə etməyibdir.

Seyid Həsən Nəsrullah həmçinin deyib: Yeddi oktyabr əməliyyatının uğuru və bu əməliyyatın qəfillik prinsipi, onun mütləq şəkildə gizli olmasından irəli gəlibdir. Qərar çıxaranlar, müqavimət qruplarının rəhbərləridirlər və İran, yalnız himayə edir.

Livan Hizbullahının baş katibi həmçinin söyləyib: Livan cəbhəsində bütün ehtimal və seçimlər nəzərdən keçirilir və hər an onları seçə bilərik.

 

Teqlər