Əl-Qəssam batalyonları işğal olunmuş ərazilərə qarşı raket hücumu keçiriblər
Sionist rejimin Qəzzənin qərbində yerləşən Əl-Şati düşərgəsində fosfor bombalarından istifadə etməsi və yaşayış massivlərinə qarşı cinayətlər törətməsinə cavab olaraq, Həmas-ın hərbi qolu olan Əl-Qəssam batalyonları bir daha Təl-Əvivi raketlə hədəfə alıblar.
Əl-Şati düşərgəsi dünən axşam sionistlərin fosfor bombaları ilə hədəfə alınmışdı.
Həmçinin sionist rejim qırıcılarının Qəzzənin mərkəzində yerləşən Əlməazi düşərgəsindəki üç mənzilə qarşı hücumu nəticəsində qırx yeddi fələstinli şəhid olub.
Təl-Əvivdən başqa, Əlludd şəhəri və işğal olunmuş Fələstinin bəzi mərkəzi bölgələri bir neçə dəqiqə ərzində Əl-Qəssam batalyonları tərəfindən raket atəşinə tutulub.
Qüds bölükləri də dünən gecə bildiriblər ki, Təl-Əvivdə yerləşən Kəfar-Səəd, Kəfar Qəzzə, Meqlasim, Niraam, Sedirot və Əsqəlan bölgələrini raket hədəfinə alıblar.
Bu hücum üç min doqquz yüz nəfəri uşaq, iki min beş yüz doqquz nəfəri isə qadın olmaqla doqquz min dörd yüz səksən səkkiz nəfərin şəhid edilməsinə, otuz iki min nəfərin də yaralanmasına cavab olaraq, həyata keçirilib- deyə, Qüds bölüklərinin bəyanatında deyilir.