Avrasiyanet portalı Azərbaycan və Qazaxıstanın işğalçı rejimə neft tədarükündən bəhs edib
Bakı niyə İsrailə qarşı neft embarqosuna qoşulmur?
Avrasiyanet portalı Azərbaycan və Qazaxıstanın qaniçən İsrail rejimi ilə enerji bazarlığından bəhs edib.
Portal bildirir ki, İsrailin neft tələbatının yarıdan çoxunu ödəyən İslam Konfransı Təşkilatının (İƏT) iki üzvü Azərbaycan və Qazaxıstandır. Azərbaycan İsrail üçün daha vacib tərəfdaşdır: o, İsrailin neftə olan tələbatının təxminən 40 faizini təmin edir. Bunun müqabilində Azərbaycan İsraildən milyardlarla dollar dəyərində silah alır. Stokholm Beynəlxalq Sülh İnstitutunun (SIPRI) məlumatına görə, hazırda Azərbaycanın silahlarının demək olar ki, 70 faizi İsraildən satın alınır.
Məqalədə qeyd olunur ki, İsrail əzəli düşməni İrana qarşı kəşfiyyat fəaliyyəti üçün Azərbaycanda geniş imkanlar əldə edib. Məhz bu kontekstdə Bakının İsraillə enerji əlaqələrindən imtina etməsi mümkün görünmür. Lakin fələstinlilər arasında itkilər faciəvi şəkildə artarsa, Azərbaycan kimi dövlətlər çətin vəziyyətə düşərək onu tənqid etməyə başlaya bilərlər.