Noy 07, 2023 12:40 Asia/Baku
  • CAR da diplomatlarını İsraildən geri çağırır

Cənubi Afrika Respublikası (CAR) bütün diplomatlarını məsləhətləşmə üçün İsraildən geri çağıracağını açıqlayıb.

CAR Prezident Administrasiyasının başçısı Xumdudzo Ntsaveni bildirib ki, rəsmi Yohansburq Qəzzə zolağında baş verənlərdən narahatdır.

Qeyd edək ki, bundan əvvəl Boliviya, Kolumbiya, Çili, İordaniya, Türkiyə və Bəhreyn öz səfirlərini İsraildən geri çağırıb.

Maraqlıdır ki, Azərbaycan Respublikası işğalçı rejimlə diplomatik əlaqəsi olan azsaylı müsəlman ölkəsidir və bu rejimlə münasibətlərini qoruyub saxlamaqda israrlıdır. Rəsmi Bakının bu hərəkəti, eyni zamanda işğalçı rejimin hərb maşınını yanacaqla təmin etməsi dünya müsəlmanlarını, eləcə də ölkənin müsəlman əhalisini qəzəbləndirib.

 

Teqlər