İsrail ordusu Qəzzə zolağında daha 2 xəstəxananı vurub
https://azeri.sahartv.ir/news/fələstin-i405189-İsrail_ordusu_qəzzə_zolağında_daha_2_xəstəxananı_vurub
Qəzzənin Səhiyyə Nazirliyi təcavüzkar İsrail qüvvələrinin Qəzzədə daha iki xəstəxananı vurduğunu bildirib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Noy 07, 2023 09:26 Asia/Baku
  • İsrail ordusu Qəzzə zolağında daha 2 xəstəxananı vurub

Qəzzənin Səhiyyə Nazirliyi təcavüzkar İsrail qüvvələrinin Qəzzədə daha iki xəstəxananı vurduğunu bildirib.

Nazirliyin sözlərinə görə, Qəzzədə yerləşən psixiatriya və oftalmologiya xəstəxanaları işğalçı İsrail qüvvələrinin aviasiya zərbələrinə məruz qalıb, nəticədə hər iki xəstəxananın əsas hissələri dağılıb.

Bu arada Fələstinin səhiyyə naziri May Əl-Kilə Qəzzə zolağında tibb müəssisələrinin 60%-dən çoxunun fəaliyyət göstərmədiyini bildirib.

Onun sözlərinə görə, 35 xəstəxanadan 16-sı və 72 tibb mərkəzindən 51-i yanacaq və dərman çatışmazlığı, həmçinin İsrailin bombardmanları səbəbindən işləmir.