Sionist rejimin 33 fələstinli əsiri azad etdi
Çərşənbə axşamı səhər saatlarında İsrail rejiminin nümayəndələri əsirlərin azad edilməsinin dördüncü mərhələsində fələstinli əsirlərin israilli məhbuslarla mübadiləsinə dair razılaşmanın icrası haqda açıqlama verərək 33 fələstinli əsirin azad edildiyini açıqlayıb.
Məlumata görə, Ofer həbsxanasından azad edilən fələstinli əsirlər öz evlərinə qayıdacaqlar.
Qeyd edək ki, bundan öncə, HƏMAS hərəkatı fələstinli əsirlərin sionist rejimlə mübadiləsində 3 fələstinli qadın məhbus və 30 fələstinli uşaq məhbusun sionist rejimin həbsxanalarından azad ediləcəyini bildirmişdi.
Xatırladaq ki, Qətərin Xarici İşlər Nazirliyi də əsirlərin mübadiləsi razılaşmasının həyata keçirilməsində HƏMAS-ın 69 israilli məhbusu, sionist rejimin isə 150 fələstinli qadın və uşağın azad etdiyini açıqlayıb.
Bundan əlavə, son razılaşmalarda sionist rejim ilə Fələstinin İslami müqavimət hərəkatı “HƏMAS” arasında Qəzzə zolağında 4 günlük atəşkəs daha iki gün uzadıldığı bildirilib.