Qəzzədə şəhidlərin sayı 100 nəfəri keçib
Dek 01, 2023 20:58 Asia/Baku
Müvəqqəti atəşkəsin sona çatması və sionist rejimin Qəzzəyə hava zərbələrinin yenidən başlaması ilə 109 fələstinli şəhid olub, yüzlərlə nəfər isə yaralanıb.
Müvəqqəti atəşkəsin başa çatması ilə sionist rejim bu gün səhər saatlarından Qəzzədə fələstinlilərə qarşı hücumlarını bərpa edib.
Sionist rejim qırıcıları Qəzzə zolağının şimalında yerləşən Cəbaliyyədə BMT-nin qaçqınlar məktəbinə hava zərbələri endiriblər.
Qəzzənin Səhiyyə Nazirliyi atəşkəsin sona çatması və bu səhərdən etibarən İsrailin Qəzzə zolağına təcavüzkar hücumlarının yenidən başlamasının ardından 109 nəfərin şəhid olduğunu, yüzlərlə insanın isə yaralandığını açıqlayıb.
Şəhid və yaralıların əksəriyyəti uşaq və qadınlardır.