İşğal olunmuş ərazilərdə Netanyahuya qarşı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/fələstin-i406114-İşğal_olunmuş_ərazilərdə_netanyahuya_qarşı_aksiya_keçirilib
Minlərlə sionist Təl-Əviv, qəsb olunmuş Qüds və Hayfada sionist rejim hökumətinin sionist əsirlərə laqeyd yanaşmasına etiraz olaraq, aksiya keçirib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Dek 03, 2023 14:35 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə Netanyahuya qarşı aksiya keçirilib

Minlərlə sionist Təl-Əviv, qəsb olunmuş Qüds və Hayfada sionist rejim hökumətinin sionist əsirlərə laqeyd yanaşmasına etiraz olaraq, aksiya keçirib.

Şüarlar verib, əllərində plakatlar tutan sionist aksiyaçılar Benyamin Netanyahunun kənarlaşdırılmasını tələb ediblər.

Netanyahunun Qeysariya şəhərində yerləşən iqamətgahı qarşısına toplaşan bir qrup sionist də sionist rejimin baş nazirinə qarşı şüarlar səsləndirib.

Netanyahunun iqamətgahı qarşısında aksiyaçıların sionist rejim polisi ilə toqquşması gedişində azı altı nəfər həbs olunub.