Dek 07, 2023 11:40 Asia/Baku
  • Qəzzədə hər 10 dəqiqədə bir uşaq öldürülür

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi sionist rejimin qəddar hücumlarının genişlənməsi nəticəsində mülki əhali arasında itkilərin çoxluq təşkil etməsi barədə xəbərdarlıq edib.

Riçard Pepperkorn bildirib ki, Qəzzədə orta hesabla hər 10 dəqiqədən bir bir fələstinli uşaq öldürülür. O, qeyd olunan statistikaya istinad edərək, bu vəziyyəti “bəşəriyyətin ən qaranlıq anı” adlandırıb.

ÜST rəsmisi qeyd edib: “Söhbət Qəzzədə həyatını itirmiş təxminən 16 min nəfərdən gedir. Onların 60%-dən çoxu qadın və uşaqlardır, 42 mindən çox isə yaralı var.”

 

 

Teqlər