Dek 10, 2023 12:09 Asia/Baku
  • “Gəmilərin İsrail limanlarına hərəkəti qadağandır”

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi hər hansı gəmi və şirkətlərin işğal olunmuş Fələstindəki limanlarla qarşılıqlı əlaqəsi barədə xəbərdarlıq edib.

General Yəhya Səriya deyib: “Xarici gəmilərin Fələstinə girişinə qadağa qoyulması qərarı bizim İsrail gəmilərinin Qırmızı dəniz və Ərəbistan dənizində üzməsinin qarşısını almaqda əldə etdiyimiz uğurdan sonra verilib.”

Onun sözlərinə görə, Yəmən qüvvələri hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, İsrailə gedən gəmilərin keçidinin qarşısını alacaq. Qəzzə zolağı ehtiyac duyduğu qida və dərmanı almazsa, bu cür gəmilər qiyamçıların qanuni hədəfinə çevriləcək.

Qeyd edək ki, bir neçə gün öncə Yəmənin Ənsar Allah hərəkatı Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə raket və pilotsuz uçan aparatla hücum etmişdi.

 

Teqlər