Xunta rejiminin vandallığı bütün hədləri aşıb
Fələstinli əsirlərin diri-diri basdırılmasına çağırış edildi
Dek 10, 2023 12:12 Asia/Baku
Sionist rejim məmuru fələstinli əsirləri insan hesab etməyib və onların diri-diri basdırılmağa layiq olduğunu bildirib.
İngiltərənin “Middle East Eye” xəbər portalının verdiyi məlumata görə, işğal altında olan Qüds merinin müavini Arye Kinq X (keçmiş Twitter) hesabında Qəzzədəki fələstinli əsirlərin fotosunu paylaşıb və onların diri-diri basdırılmasını tələb edib.
Qaniçən rejim yetkilisi yazıb: “Qərar verən mən olsaydım, buldozerlərə bu qarışqaları diri-diri basdırmağı əmr edərdim.”
Fələstinli əsirləri heyvan adlandıran sionist məmur onları diri-diri basdırmağa layiq hesab edib.