Dek 10, 2023 12:35 Asia/Baku
  • Sionistlər işğal olunmuş ərazilərdən qaçırlar - TƏHLİL

Əks mühacirət fenomeni çoxdan başlasa da, Qəzzə zolağına qarşı müharibə ilə daha da sürətlənib, sionistlər Fələstin xalqına məxsus olan torpaqları tərk edirlər.

Sionist rejimin Qəzzə zolağına qarşı müharibəsindən 65 gün keçir. Müharibənin sionist rejim üçün hiss olunan nəticələrindən biri də işğal olunmuş ərazilərdən əks mühacirət dalğasının güclənməsi oldu.

İsrail mediasının araşdırmasına əsasən, Əl-Əqsa Tufanı əməliyyatının başlanmasından bəri işğal olunmuş Fələstini tərk edənlərin sayı yarım milyon nəfərə çatıb. Digər mühüm məqam ondan ibarətdir ki, işğal olunmuş əraziləri tərk edən bu insanların heç biri geri qayıtmayıb.

Portuqaliyanın İmmiqrasiya Xidməti bu ilin əvvəlindən 21 min israillinin vətəndaşlıq üçün müraciət etdiyini açıqlayıb.

İşğal olunmuş torpaqlardan əks mühacirətin əsas səbəbi iqtisadi və təhlükəsizlik problemləri göstərilir. Xüsusilə də müharibə işğal olunmuş torpaqlarda ciddi təhlükələrə səbəb olmuşdur.

Digər tərəfdən müşahidələrə görə, Əl-Əqsa Tufanı əməliyyatından sonra iqtisadi vəziyyət o qədər pisləşib ki, işğal olunmuş ərazilərdə işsizlərin sayı bir milyona çatmaq ərəfəsindədir. Bir müddət əvvəl Sionist Əmək Nazirliyi rəsmi açıqlama yayaraq, Əl-Əqsa Tufanı əməliyyatı nəticəsində 760 min israillinin işini itirdiyini açıqlamışdı.

Beləliklə də işğal edilmiş torpaqların sionist sakinləri nəinki iqtisadi rifahdan həzz almırlar, əksinə müqavimət raketlərinin qorxusundan işğal etdikləri torpaqları tərk etməkdən başqa yol görmürlər. Bununla əlaqədar İsrail vətəndaşlarının Google axtarışında trend olan sözlərdən biri “İsraili tərk etmək” və bununla bağlı yollar tapmaq sözüdür.

İşğal olunmuş ərazilərdəki rəsmi statistika göstərir ki, İsrail vətəndaşları tərəfindən Portuqaliya, Almaniya və Polşa vətəndaşlığı almaq üçün müraciətlərin sayı artıb. Avropa Birliyinin Təl-Əvivdəki ofisi etiraf edib ki, İsrail vətəndaşlarının Aİ-yə üzv dövlətlərə immiqrasiya meylinin artması tendensiyası müşahidə oluna bilər.

 

 

Teqlər