BMT-nin baş katibi Qəzzədə atəşkəsin əldə olunmamasından narahatdır
Quterreş: Təhlükəsizlik Şurasının nüfuzu sarsılıb
Dek 10, 2023 15:50 Asia/Baku
BMT-nin baş katibi bəyan edib ki, Qəzzədə atəşkəsin əldə olunmaması BMT TŞ-nin nüfuzunu sarsıdıb.
Antonio Quterreş bazar günü Qətərdə Doha Forumunun açılışında etdiyi çıxışında deyib: “İki aydır davam edən hərbi əməliyyatlarda mülki əhali arasındakı itkilərin sayı durmadan artır, bu isə ilk növbədə BMT Təhlükəsizlik Şurasının nüfuzunu sarsıdır”.
Onun sözlərinə görə, hərbi əməliyyatların davam etməsilə Qəzzə sakinlərini humanitar fəlakət və xəstəlik epidemiyası təhlükəsi gözləyir.