Həmas məğlub olmayıbdır
https://azeri.sahartv.ir/news/fələstin-i406670-həmas_məğlub_olmayıbdır
Sionist rejimin daxili təhlükəsizlik naziri bu rejim ordusunun Qəzzə zolağına qarşı hücumlarının başlanmasından iki aydan çox bir vaxtın keçməsinə və ağır quru döyüşlərinə rəğmən, Fələstin müqavimətinin qüdrətini etiraf edib və deyibdir ki, Həmas hələ məğlub olmayıbdır.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Dek 19, 2023 15:14 Asia/Baku
  • Həmas məğlub olmayıbdır

Sionist rejimin daxili təhlükəsizlik naziri bu rejim ordusunun Qəzzə zolağına qarşı hücumlarının başlanmasından iki aydan çox bir vaxtın keçməsinə və ağır quru döyüşlərinə rəğmən, Fələstin müqavimətinin qüdrətini etiraf edib və deyibdir ki, Həmas hələ məğlub olmayıbdır.

İtamar Ben-Qvir öz partiya yoldaşları ilə iclasda qeyd edibdir ki, Qəzzədəki quru əməliyyatı İsrail üçün çəkindiricilik yarada bilməyibdir.

Qəzzədəki Fələstin müqavimətinin qüdrətini etiraf edən  Ben-Qvir deyibdir ki: Oktyabrın yeddisində İsrailin  çəkindiricilik qüdrəti yox idi və müharibədən yetmiş üç günün keçməsilə hələ də bu gücə malik deyildir.

Bu sionist məsul şəxs atəşkəsin bərqərarını Fələstin müqavimətinin qüdrətinin bərpası və sionist rejimin məğlubiyyətinin təsbiti amili adlandırıb.