Yəmən rəsmisi İRNA-ya müsahibəsində ABŞ-a xəbərdarlıq etdi
“Amerika axmaqlıq edir, düşmən sürprizlərlə üzləşəcək”
Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Hizam Məhəmməd Əl-Əsəd bu ölkənin sionist rejim gəmilərinə qarşı əməliyyatından sonra ABŞ-ın Yəmənə qarşı təhdidlərinə cavab verib.
Hizam Məhəmməd Əl-Əsəd deyib: “ABŞ-ın son mövqeyi və İsrail rejiminin gəmilərini qorumaq üçün dəniz koalisiyasının yaradılmasını etmələri bizi təəccübləndirmir. Çünki lap əvvəldən onlar Qəzzə xalqına qarşı təcavüzün əsas təşkilatçıları idilər və Yəmən raket və pilotsuz təyyarələrinin İsrailə çatmaması üçün çalışırlar”.
O, əlavə edib: “ABŞ-ın sionist rejimin cinayətlərini dəstəkləməkdəki rolu heç kimdən gizli deyil və Əl-Əqsa Tufanı əməliyyatının başladığı ilk andan Vaşinqton müxtəlif səviyyələrdə işğalçı rejimi hərbi və siyasi səviyyədə dəstəkləyib, qadın və uşaqları öldürmək üçün ona hərbi texnika göndərib. Bu isə o deməkdir ki, amerikalılar həddi aşıblar və Qəzzə zolağında quru döyüşünə rəhbərlik edirlər və hətta Qəzzədə Fələstin xalqına qarşı təcavüzü dayandırmaq qərarına Təhlükəsizlik Şurasında veto qoyublar.
Hizam Əsəd qeyd edib ki, Ənsarullah hərəkatının lideri “Əbdülmalik Bədrəddin əl-Husi”nin Qəzzədəki qardaşlara tam dəstək vermək qərarı, prinsipial mövqedir.
Onun sözlərinə görə, İsrailə qarşı əməliyyatların dayandırılmasının əsas şərti Qəzzə zolağına qarşı təcavüzün dayandırılması və dinc əhaliyə qarşı blokadanın aradan qaldırılmasıdır.
O, həmçinin vurğulayıb ki, Amerika koalisiyasının yaradılmasının heç bir əsası yoxdur, yeganə məqsədi İsrail rejiminin gəmilərini qorumaqdır, Qəzzədə isə iki milyondan çox insan var. Bombardman və mühasirə altında ölümlə üz-üzədir. Belə bir şəraitdə Yəmən ordusu Allahın köməyi ilə İsrail limanlarına doğru hərəkət edən gəmiləri təqib etməyə davam edəcək və Qəzzədə ABŞ-ın dəstəklədiyi təcavüz bitənə qədər bunu davam etdirəcəkdir. “Əgər Qəzzənin blokadası götürülməsə və ərzaq, dərman və ləvazimatların bu zolağa daxil olmasına icazə verilməsə, dünyanın bütün gücləri qarşımızda düzülsə belə, heç kim Qəzzədə məzlum qardaşlarımızı dəstəkləməyimizə mane ola bilməyəcək”, - deyə yəmənli rəsmi qeyd edib.
Hizam Əsəd sonda deyib: “Vaşinqton sionist rejimin Qəzzə sakinlərinə təcavüzünü dayandırmaq əvəzinə, regiona qoşun və hərbi texnika göndərməklə Qırmızı dənizi hərbiləşdirməyə davam edir. Bu səbəbdən gərginlik artarsa və regional münaqişə yaranarsa, buna görə məsuliyyət tamamilə Vaşinqtonun üzərinə düşəcək”.