Şeyx Nəim Qasim: İsrail böyük məğlubiyyətə düçar olacaq
https://azeri.sahartv.ir/news/fələstin-i406757-Şeyx_nəim_qasim_İsrail_böyük_məğlubiyyətə_düçar_olacaq
Livan Hizbullah Hərəkatının baş katibinin müavini İsrail rejiminin nəhayət Müqavimətin şərtlərinə tabe olacağına inandığını bildirib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Dek 22, 2023 07:28 Asia/Baku
  • Şeyx Nəim Qasim: İsrail böyük məğlubiyyətə düçar olacaq

Livan Hizbullah Hərəkatının baş katibinin müavini İsrail rejiminin nəhayət Müqavimətin şərtlərinə tabe olacağına inandığını bildirib.

 

Şeyx Nəim Qasim mediaya müsahibəsində deyib: “Sionist rejim sarsılıb və çoxlu itkilər verir. Bəzi məlumatları rəsmi olaraq dərc edirlər, digərlərini gizlədirlər. Göründüyü kimi, Müqavimət qrupları yüksək hazırlıq görüb və qara əməliyyatlarda qətiyyətlə sionist ordu ilə mübarizəni davam etdirirlər. Müqavimətçilər çox yaxın məsafədən düşmənlə vuruşur, öz vəzifələrini böyük şücaətlə yerinə yetirir, Qəzzədə sionist düşmənin mövqelərinə və hərbi maşınlarına ciddi ziyan vururlar”.

Onun sözlərinə görə, qəhrəman Fələstin xalqı və onun Müqaviməti qələbə çalacaq və müharibə sionist düşmən üçün çətin və acı məğlubiyyətlə başa çatacaq. Güzəştlərə getmək istəməyən sionistlərin HƏMAS-ı məhv etmək və məhbusları azad etmək cəhdləri heç bir nəticə verməyəcək. Bundan əlavə münaqişə bitdikdən sonra sionist düşmənin böyük məğlubiyyətə uğradığı və daxili böhrana səbəb olduğu üzə çıxacaq.