Qəzzənin şimalında sionist rejim PUA-sı vurulub
Əl-Qüds batalyonları Fələstin müqavimət döyüşçülərinin Qəzzə zolağının şimalında sionist rejimə aid PUA-nı vurmalarının görüntülərini nümayiş etdirib.
Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Əl-Qüds batalyonları bildiribdir ki, sionist rejim ordusunun “Skay Risinq” tipli bir pilotsuzunu Qəzzə zolağının şimalında vurubdur.
Fələstin İslami Cihad Hərəkatının hərbi qolu həmçinin bu hərəkat döyüşçülərinin Qəzzənin müxtəlif bölmələrində qəsbkar hərbçilərlə kəskin döyüşlərindən xəbər verib.
Qəzzənin Əl-Yərmuk və Əl-Cila bölmələrində qəsbkar hərbçilərlə şiddətlə vuruşan döyüşçülərimiz onlara maliyyə və insan xəsarətləri vurublar- deyə, Əl-Qüds batalyonları qeyd edib.
Əl-Qüds batalyonlarının bəyanatına əsasən, müqavimət döyüşçüləri bu döyüşlərdə RPQ( Re.Pe.Qe.) mərmiləri ilə işğalçı rejim ordusunun hərbi avtomobilləri və texnikasını hədəfə alıblar