Dek 24, 2023 12:36 Asia/Baku
  • Sionist analitikin tövsiyəsi: Məğlubiyyəti etiraf edin!

Sionist analitik etiraf edib ki, İsrail uzun müddətdir Qəzzə ilə müharibəni uduzub və quru müharibəsinin davam etməsi ilə bu məğlubiyyət daha da dərinləşir.

Halil Şukin Haaretz qəzetində dərc olunan təhlilində yazıb: “Biz qalib gəlməyəcəyik, biz Qəzzədə indiki müharibəni həqiqətən və faktiki olaraq uduzduq, quru müharibəsi məğlubiyyətimizi daha da dərinləşdirir və bu dəhşətli müharibə başa çatdıqdan sonra İsrail daha pis vəziyyətdə qalacaq”.

Sionist analitik əlavə edib: “Oktyabrın 16-da İsrail ordusu müharibənin məqsədlərini açıqladı; HƏMAS hökumətinin devrilməsi, bu qrupun hərbi gücünün məhv edilməsi, Qəzzə zolağının İsrailə qarşı yaratdığı təhlükələrin aradan qaldırılması, girovlar probleminin həll edilməsi, Sərhədlərə və vətəndaşlara dəstək, lakin müharibənin sonunda bu məqsədlərin heç birinə nail ola bilməyəcəyik”.

Təhlildə qeyd olunur ki, fələstinlilər arasında HƏMAS-ın populyarlığı artıb və hazırda təkcə Qəzzədə deyil, Qərb Sahilində də bunu görmək mümkündr.

 

 

Teqlər