Təl-Əvivdə sionist məhbusların ailələri geniş etiraza qalxdı
https://azeri.sahartv.ir/news/fələstin-i406821-təl_Əvivdə_sionist_məhbusların_ailələri_geniş_etiraza_qalxdı
İsrailli məhbusların ailələri Netanyahu kabinetinin məhbusların azad edilməsində göstərdiyi etinazsızlığa etiraz məqsədi ilə şənbə günü Təl-Əvivdə aksiyalara başlayıblar.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Dek 24, 2023 10:21 Asia/Baku
  • Təl-Əvivdə sionist məhbusların ailələri geniş etiraza qalxdı

İsrailli məhbusların ailələri Netanyahu kabinetinin məhbusların azad edilməsində göstərdiyi etinazsızlığa etiraz məqsədi ilə şənbə günü Təl-Əvivdə aksiyalara başlayıblar.

Xəbərdə bildirilir ki, sionistlər xunta rejimin məhbusların azadlığına göstərdiyi səhlənkarlığa etiraz ediblər.

Aksiya iştirakçıları həmçinin Qəzzədən məhbusların geri qaytarılması üçün sionist kabinetinin dərhal tərdiblər görmək üçün hərəkətə keçməsini tələb ediblər.

Bu arada, İzzəddin əl-Qəssam briqadalarının sözçüsü şənbə günü elan edib ki, sionist ordunun Qəzzəni vəhşicəsinə bombalaması ardından beş sionist məhbusla əlaqələrin kəsildiyini bildirib.

HƏMAS elan edib ki, məhbusların azad edilməsinin şərti sionist rejimin Qəzzəyə təcavüzünün dayandırılmasıdır.