Yan 02, 2024 12:21 Asia/Baku
  • Netanyahu yeni milad ilində vəzifəsində qalmayacaq

Sionist rejimdə müxalifət fraksiyasının lideri bir daha bu rejimin baş nazirini sərt tənqid edib. Vurğulayıb ki, Benyamin Netanyahu yeni milad ilində vəzifəsində qalmayacaq.

Yair Lapid sionist rejim parlamenti- knessetin iclasında deyib: İki min iyirmi dördüncü il tamamilə fərqli olacaq. Bizi bir neçə dəstəyə parçalayan və fəlakət törədən kəs öz vəzifəsində qalmayacaq.

O, qeyd edibdir ki, ekstremistlər və Netanyahu öz evlərinə qayıdacaqlar.

Biz hökumətin iki min iyirmi üçüncü ildə törətdiyi dağıntı və iki min iyirmi dördüncü ildə baş verəcək «hökumətdə böyük islahat» kimi iki variantdan birini seçməliyik- deyə, Lapid vurğulayıb.

Yair Lapid bundan öncə Benyamin Netanyahunun nazirlər kabineti üzvlərinin orduya qarşı hücumlarına reaksiyada bu kabinetin buraxılmasını tələb etmişdi.

 

 

Teqlər