Yan 11, 2024 13:48 Asia/Baku
  • Terror İsrailin məğlubiyyətdən qaçma taktikasına çevrilir - TƏHLİL

İsrailin Qəzzə zolağında hərbi məqsədlərinə çata bilməməsi ilə bu rejim müqavimət komandirlərini öldürmək taktikasına keçib.

Son günlər ABŞ və sionist rejim müqavimət komandirlərinə qarşı dörd terror əməliyyatı həyata keçirib.

Suriyadakı iranlı komandirlərdən Seyid Rəzi Musəvi, Hizbullahın Livandakı əməliyyat idarəsinin tanınmış komandirlərindən Vəssam Həsən əl-Təvil və HƏMAS hərəkatının siyasi büro rəhbərinin müavini Saleh əl-Aruri son günlərdə sionist rejim tərəfindən qətlə yetirilən komandirlər idi. Həmçinin İraqın Əl-Nücəba Hərəkatının komandiri Əbutəqva əl-Səidi də ABŞ-ın pilotsuz təyyarəsinin hücumunda şəhid olub.

Bu arada, sionist mənbələrin dərc etdiyi sənədə əsasən, İsrail rejiminin baş naziri Benyamin Netanyahu bu rejimin təhlükəsizlik aparatına müqavimətin başçılarını məhv etmək üçün hərtərəfli plan hazırlamağı tapşırıb.

Aydın məsələdir ki, bu sui-qəsdlər sionist rejimin Qəzzə zolağına qarşı üç aylıq müharibə zamanı iki əsas hərbi məqsədinə, yəni əsirlərin azad edilməsi və HƏMAS-ın məhv edilməsinə nail olmadığı bir şəraitdə həyata keçirilib.

Digər tərəfdən, bu sui-qəsdlər işğal olunmuş ərazilərdə Netanyahunun kabinetinə qarşı nümayişlərin artdığı, eyni zamanda Netanyahunun kabineti daxilində gərginlik və fikir ayrılıqlarının ictimailəşdiyi bir şəraitdə baş verir. Ona görə də işğalçı rejim təzyiqləri azaltmaq üçün müqavimət komandirlərini hədəfə almağa başlayıb.

Əslində, sionist rejim Qəzzədə məğlubiyyətdən qaçmaq üçün Amerikanın iştirakı ilə Qərbi Asiya bölgəsində daha böyük müharibə yaratmağa çalışır. Təl-Əvivin fikrincə, Amerikanın birbaşa müharibədə iştirakı ilə Qəzzədə rüsvayçılıqdan xilas olacaq.

Sionist rejimin müqavimət komandirlərini qətlə yetirməkdə digər mühüm hədəfi sionist hərbçilərin Müqavimət şəbəkəsini ruhdan salmaq və Müqavimət daxilindəki komandanlıq strukturlarını zəiflətməkdir. Yəni sionist rejimin hərbi sahədə əldə etmədiklərini, Müqavimətə qarşı terror və psixoloji müharibə ilə əldə etməyə çalışır.

Yekun nöqtə budur ki, sionist rejimin terror maşınının son həftələrdəki hərəkətləri göstərir ki, Təl-Əviv bütün Qərbi Asiyada Müqavimət komandirlərini öldürmək üçün bir kampaniya yaratmağı planlaşdırır, lakin tarixi sübutlar göstərir ki, sui-qəsd Müqavimətin mehvərini zəiflədə bilməz.

Əl-Əqsa Tufanı əməliyyatı sübut etdi ki, terror nəinki Müqaviməti dayandırmayıb, əksinə, Müqaviməti daha da güclənib. Eyni zamanda, sionist rejim nəzərə almalıdır ki, Müqavimətin strateji səbri qeyri-məhdud səbir deyil və bu rejimi sərt bir intiqam gözləyir.

 

Teqlər