Yan 11, 2024 20:28 Asia/Baku
  • Hizbullah sionist rejimin casusluq avadanlıqlarını məhv edib

Livan İslami Müqavimət Hərəkatı Hizbullah fotoları dərc edərək, işğal olunmuş Fələstinin şimalında və Livanın cənub sərhədi yaxınlığında Hədəb Əl-Bustan və Hanita hərbi bazalarında işğalçı sionist rejimin casusluq avadanlıqları və alətlərini müvafiq silahlarla məhv etdiyini bildirib.

Livan Hizbullahının İcraiyyə Şurasının rəhbəri Haşim Səfi Əd-Din Hizbullahın əhatə dairəsində olmayan heç bir sionist bazasının olmadığını bildirərək, deyib: "Xalqımız və ölkəmiz üçün təhlükə yaradan istənilən qərargah və ya bazanı hədəfə alacağıq".

Livan Hizbullahı Əl-Əqsa Tufanı əməliyyatı başlayandan bəri  Fələstin xalqına dəstək məqsədilə hər gün sionist yaşayış məntəqələri və sionist ordusu qərargahlarını minaatan, raket və artilleriya hücumlarının hədəfinə çevirib ki, işğal olunmuş Fələstinin şimalında yerləşən qəsəbələr boşaldılsın. 

Teqlər