Britaniyalı siyasətçi Cənubi Afrikanı alqışladı
Cermi Korbin: İsrailə qarşı şikayət Britaniya və ABŞ-ı biabır edib
Britaniya İşçi Partiyasının keçmiş lideri və bu ölkənin İcmalar Palatasının indiki üzvü deyib ki, Cənubi Afrikanın şikayəti İsrail rejiminin Qəzzədəki cinayətləri ilə bağlı şəriklik və susqunluqlarına görə Britaniya və Amerika hökumətlərini biabır etmişdir.
Cermi Korbin bildirib: “Cənubi Afrika Qəzzə zolağında yaşanan qırğına son qoyulmasını istəyən bütün dünyada milyonlarla insan adından danışdı və Britaniya və Amerika hökumətlərini şəriklikləri, qorxaqlıqları və acınacaqlı susqunluqlarına görə biabır etdi”.
Cümə axşamı günü Haaqa Məhkəməsində Cənubi Afrikanın Qəzzədə törədilən kütləvi qətlə görə İsrail rejiminə qarşı şikayətinə baxılması üçün iclas keçirilib.
Eyni zamanda Ərəb Liqası, eləcə də 200 ekspert və beynəlxalq hüquq professoru Cənubi Afrikanın sionist rejiminə qarşı soyqırım törətmək və 1948-ci il Qadağalar haqqında Konvensiyanı pozmaqda Haaqa Beynəlxalq Məhkəməsi qarşısında şikayətini tam dəstəklədiklərini vurğulayıblar.
Fələstinin Qəzzada Səhiyyə Nazirliyi cümə axşamı son statistikasında İsrail rejiminin oktyabrın 7-dən Qəzza zolağının müxtəlif bölgələrinə hücumları zamanı şəhid olanların sayının 23 min 469-a yüksəldiyini açıqlayıb.
Nazirlik əlavə edib: İsrail rejiminin ordusunun Qəzza zolağında törətdiyi cinayətlər nəticəsində 59 min 604 nəfər yaralanıb.
Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, İsrail rejiminin son 24 saat ərzində törətdiyi 10 cinayət hadisəsində 112 fələstinlini şəhid edib, 194 nəfəri isə yaralayıb.