Yan 20, 2024 14:41 Asia/Baku
  • “İsrail Qəzzədə bataqlıqdadır”

İsrailin Qəzzədə bataqlığa düşdüyünə dair açıq əlamətlər var və İordan çayının qərb sahilində gərginlik pik həddədir. Lakin Netanyahu və nazirləri buna əhəmiyyət vermir.

Bu sözləri sionist analitik Amos Harel İsrailin əməliyyatlarını şərh edərkən deyib.

O bildirib ki, Qəzzədə əməliyyatlar davam etdikcə Netanyahu hökuməti daha çox eyforiyaya qapılır:

“Netanyahunun 3 il öncə söz verdiyinin əksinə olaraq, İsrail ən sabit 10 ilini yaşamır; Tam əksinə, ölkə daxilində və xaricində təhdidlər var”, - deyə israilli ekspert etiraf edib.

 

Teqlər