İslami ölkələrdə Qədiri-Xum bayramı şənliyi
https://azeri.sahartv.ir/news/münasibət-i346791-İslami_ölkələrdə_qədiri_xum_bayramı_şənliyi
Livan, Suriya, Yəmən və İraq daxil olmaqla müxtəlif islami ölkələrdə Qədiri-Xum bayramı şənlikləri keçirilməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2019 10:38 Asia/Baku
  • İslami ölkələrdə Qədiri-Xum bayramı şənliyi
    İslami ölkələrdə Qədiri-Xum bayramı şənliyi

Livan, Suriya, Yəmən və İraq daxil olmaqla müxtəlif islami ölkələrdə Qədiri-Xum bayramı şənlikləri keçirilməkdədir.

Bu gündə bir əl tarixin zirvəsinə qalxdı ki, həqiqəti Qədir okeanının genişliyi rəsm etmiş olsun.

Livanlılar bu əzəmətli günü İslam düşmənləri və dünya imperializmi qarşısında müsəlmanların vəhdəti üçün bir dönüş nöqtəsi bilirlər: Qədir bayramının ildönümü günü bir çox məna və sözü yada salır. Bu mənalardan biri, müsəlmanların birliyi vacibliyidir. Bu gün İslam Dünyasındakı bəzi cahil hökmranlar zalım qüvvələrin yolunda hərəkət edirlər. Amma ayıq müsəlman xalqlar bir-birilərinin kənarındadırlar. Zülm heç vaxt davam gətirməyəcək. Bu, ilahi həqq vədidir.

Suriyadakı müsəlmanlar səadətli Qədir bayramını bu cür bayram edirlər.

Şam diyarında pak ziyarətgahlar hər il Əhli-Beyt(ə) aşiqlərini qarşılayırlar. Onlar bəzənmiş şəkildə və xoş rayihə ilə bu mübarək bayramı qeyd edirlər.

Bu mübarək günün şükümünə və xeyirxah şəxslərin köməyilə gənc cütlüklər öz birgə həyatlarına başlayırlar: Bu mübarək günü seçmişəm ki, ailə ilə yanaşı Mövla Əli(ə)-ın vilayətinə və vilayət xəttinə sadiq qalmış olaq.

Və indi Həzrət Ruqəyyə(s.ə)-nın pak ziyarətgahından Nəcəfi-Əşrəf şəhərinə gedirik ki, səadətli Qədiri-Xum bayramının əhval-ruhiyyəsini orada görmüş olaq.

Nəcəfi-Əşrəfdə də hər il bu böyük gündə Ələvi hərəmində əzəmətli bir mərasim keçirilir. Və Paklıq Əhli-Beyt(ə) xanədanı sevərləri, şiə din alimləri, islami ölkələrin zəvvarları onda iştirak edirlər. Qədiriyyə xitabələrinin bəyanı, bu böyük bayramın tədbirlərindəndir: Bizim üçün bu bayram çox mühümdür. Çünki həm asiman əhlinin bayramıdır, həm bütün bəşəriyyətin bayramıdır, həm də dinin yayılması bayramıdır. Və biz Allaha şükür edirik ki, belə bir münasibətdə Nəcəfdəyik.

Hazırda da Ələvi hərəmi zəvvarlar və vurğunlarla doludur. Onlar gəliblər ki, bu müqəddəs məkanda öz iştirakları ilə səadətli Qədiri-Xum bayramı münasibətilə bir-biirlərini təbrik etsinlər.