Ramazan ayında ibadətlərin qəbul olunmasının nişanələri nədir?
Ramazan ayının əzəməti orucuna görə deyildir, Quranın bu ayda nazil olmasına görədir. Bu ayda həm oruc vacib olmuşdur və həm də Quran nazil olmuşdur.
Ustad Qiraəti Ramazan ayı ilə bağlı buyurur: “Necə ki, namazdan əvvəl azan deyilməlidir, Ramazan ayı gəlməzdən əvvəl də bu qonaqlığa hazırlaşmaq lazımdır.
Ramazan ayının əzəməti orucuna görə deyildir, Quranın bu ayda nazil olmasına görədir. Bu ayda həm oruc vacib olmuşdur və həm də Quran nazil olmuşdur. Allah Təala Quranın əzəməti haqqında danışmaq istəyəndə buyurur: “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır”. (“Bəqərə” 185).
O insan ki, həsədə, yalana, töhmətə və qeybətə düçar olmuşdur, bu cür xəstəliklər üçün dərman lazımdır. Quran – bütün bu xəstəliklərin şəfa və dəvasıdır. Quran – bürhan və hüccətdir. Əgər nədəsə şəkk edirsənsə, bil ki, Quran sənin bu şəkkini aradan aparacaqdır, çünki insanlıq üçün hüccətdir. Öz dəlilləri ilə sənin şəkkini aradan aparar.
Allah Təala Quranda Yusifin (ə) əhvalatını zikr etdikdən sonra buyurur ki, əgər siz öz təqvanızı onun kimi qoruya bilsəniz, Yusifə (ə) verdiklərimizdən sizə də verəcəyik.
Biz, Quranın bizi görmək istədiyindən çox geridəyik, baxmayaraq ki, elm inkişaf etmiş və yüzdən çox təfsir vardır. Ancaq günah ətəyimizi buraxmır. Quranın nümunə insanlarından ola bilmirik.
Bizim bu müqəddəs ayda ibadətlərimizin qəbul olmasının nişanələri vardır. Əgər ərlə arvad bir-biri ilə tənə ilə danışarsa, deməli əməlləri qəbul olmamışdır.
Əgər kimsə bu ayda bir başqasının qeybətini edərsə, deməli əməli qəbul olmamışdır.
Əgər kimsə qəlbində bir başqasının pisliyini istəyərsə və niyyəti bu olar ki, ona ziyan vursun – namaz və ibadətləri qəbul olmaz.
Əgər kiminsə gəliri haramdır və bu haram tikə ilə iftar edirsə - əməlləri qəbul deyildir.
Ona görə də ey əzizlərim! Bu ayda çalışmalıyıq ki, əməllərimiz qəbul olsun. Bəzən kiçik bir əməlimizi Allah qəbul edir, ancaq böyük əməllərimizi qəbul etmir”. (Tebyan)