May 20, 2020 13:25 Asia/Baku
  • İslam torpaqlarının hədəfdə olduğuna işarət edən anlam

“Hər il, Ramazan ayının sonuncu cüməsi bütün dünya müsəlmanları tərəfindən “Qüds Günü” kimi qeyd olunmalıdır. Məzlum Fələstin xalqının hüquqları bütün müsəlmanlar tərəfindən qorunsun! “Qüds Günü” təkcə Fələstinə aid gün deyil - “Qüds Günü” bütün müsəlmanlara aiddir. Bu gün bütün müsəlman ümməti fələstinlilərin haqlarının bərpa edilməsi məsələsini diqqət mərkəzində saxlamalıdır və bu xalqın bayrağı bütün müsəlman ölkələrində qaldırılmalıdır. “Qüds Günü” – islam günüdür, Rəsuli-əkrəm günüdür. “Qüd

Belə bir bəyənatla İran İslam İnqilabının rəhbəri Ruhullah Musəvi Xomeyni 1982-ci ildə, İsrail ordusu tərəfindən Livanın cəubunda müsəlmanların yığcam yaşadığı Nəbatiyyə məntəqəsinin bombardımanı zaman çıxış etmişdi.

Bu gün Ramazan ayınının sonuncu cümə günü Beynəlxalq Qüds Günü, demək olar, bütün dünyada qeyd edilir.

İlahiyyatçı alimlərə görə, İslam dinində fərdi ibadətə qatılıb, ictimai problemləri unutmaq, bəyənilən əməl deyil . O cümlədən digər müsəlmanların dərdini yaşamayan bir müsəlman şəxsin fərdi ibadəti də qəbul olunmaz. Bu fikir çoxsaylı hədislərdə də təsdiqini tapıb. Ona görə də bu gün bütün dünya müsəlmanları Fələstinin işğal məsələsini düşünsünlər və o müqəddəs torpaqlarda yaşayan bacı və qardaşlarının acı talelərini bir daha xatırlayaraq, onların dərdinə şərik olaraq, “Qüds günü”ndə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirməklə Fələstin xalqının haqq səsini dünyaya çatdırmağa çalışsınlar.

Qeyd etmək lazımdır ki, hələ ötən əsrin 70-ci illərində Livanda hərbi xidmət icbari deyildi. Bundan istifadə edən İsrail silahlı qüvvələri müxtəlif bəhanələrlə bu ölkənin cənub torpaqlarını tez-tez hədəfə alırdı. O zaman Livanda yaşayan və xalq arasında güclü nüfuza malik olan din xadimi İmam Musa əs-Sədr ölkəsində hərbi xidmətin icbari olması üçün mərkəzi hökumətə dəfələrlə müraciət etmişdi. O, Livan cavanlarının hərbi təlim görməsini, silahlanmasını və Livan ordusu olaraq İsrailin ölkəsinə qarşı apardığı hərbi müdaxiləyə müqavimət göstərərək düşmənin qarşısını almasını istəyirdi. Lakin illər ötsə də rəsmi Beyrut Musa Əs-Sədrin bu istəklərinə müsbət cavab vermədi. Digər tərəfdən ölkədaxili vəziyyət də ürək açan deyildi və mərkəzi hökumət cənub bölgələrində nüfuzunu itirmişdi. Belə olduğu təqdirdə Əs-Sədr məsələnin həllini hərbi təşkilat yaratmaqda görür və beləliklə Livan müqavimət cəbhəsi (LMC) yaradılır. LMC-nin başlıca məqsədi isə İsrailin Livanın cənubuna təkrar hücumunun qarşısını almaqdan ibarət idi.

Lakin İsrailin Livana növbəti hücumu zamanı, yəni 1982 – ci ildə, artıq 4 il idi Musa Əs-Sədr oğurlanmışdı. İsrail bu cür fürsəti əldən vermədi. Ağır texnika və çoxsaylı qoşun ilə İsrail hərbi birləşmələri Livan ərazilərinə daxil oldular. Onlar təcavüzlərini Livan ərazisində Fələstinli partizanların olduğu ilə əsaslandıraraq, Livan xalqını əmin amanlığa çıxarmağa gəldiklərini iddia edirdilər. Bu əmin amanlıq, Livan-İsrail sərhədindən Beyruta qədər dağıdılmış evlərlə və çoxsaylı insan təlafatları ilə müşahidə edilirdi. İsrail təcavüzü qarşısında acız qalan başsız LMC üzvləri Allaha dua edərək Musa Əs-Sədrdən xəbər, sanki bir işarə gözləyirdilər. Onların cavabı özünü çox gözlətmədi.

Amma cavab Musa Əs-Sədrdən deyil, “Qüds Günü”nün təməlini qoymuş, İran İslam İnqilabının rəhbəri Xomeynidən gəlir. O. Livan xalqına müraciət edərək Livanı təcavüzkarlar üçün qəbristanlığa çevirməyə səsləyib.

Livanın cənubundan Beyruta keçid kimi istifadə olunan Xəlda məntəqəsində LMC İsrail ordusunun qarşısına çıxdı. İşğalçı ordu nə qədər çalışsa da Xəldadan Beyruta doğru irəliləyə bilmədi. Burada baş verən döyüşlər İsrailin yenilməzlik əfsanəsini puç etdi.

İllər sonra Livan telekanallarından birinə müsahibə verən Hizbullah təşkilatının hazırki rəhbəri Seyid Həsən Nəsrullah Xəlda mübarizəsi haqda bunları söyləmişdi: “Demək olar, Xəlda mübarizəsində Livan islam müqavimətinin həqiqi, imanlı mübarizəsinin özəyi bu cavanların əli ilə meydana gəlmişdir. Yəni deyə bilərik ki, Livandakı İslam müqaviməti təşkilatı, imam Xomeyninin bəyanatı və o cavanların müharibə meydanındakı fəal iştirakı nəticəsində formalaşmışdır”.

Burdan belə bir nəticəyə gəlmək olar ki, 1948-ci ildə İsrail dövlətinin birtərəfli şəkildə élan edilməsindən sonra Fələstin xalqına qarşı başladılmış kampaniyalara son qoyulmasında İmam Xomeyninin müstəsna rolu var. Xomeyninin belə addımlar atması isə Fələstinin simasında İslam dünyasının ümumi problemlərinin həll etmək zərurətindən və əzmindən irəli gəlirdi.

Beləliklə, İran İslam İnqilabının rəhbərinin təklif etdiyi Qüds gününü kimi – hər bir müsəlmanın, islami kimliyə malik olan hər kəsin günü adlandırır, kimi - hər bir İlahi aşiqin sevgi dolu intizarda olması, kimi də Qüds günü – Qarabağ, Kəşmir, İraq, Əfqanıstan və digər müsəlman ölkələrinin dərdinə şərik çıxmaq anlamı ilə yanaşır.

Yeri gəlmişkən, bu anlam müsəlman ölkələri üçün öz aralarında anlaşma yaratmağa fürsəti verir. Müsəlman ölkələri liderləri bir araya gələrək islami vəhdət yaradıb işğalçıların qarşısında konkret şərt qoyaraq işğal etdikləri torpaqların, xüsusən də Fələstin və Azərbaycanın Qarabağ bölgəsinin azad edilməsini tələb etsələr, düşməntapdağı altında olan torpaqların azadlığının əldə edilməsində israrlı olduqlarını göstərsələr, bu yolda əgər lazım olarsa ən müxtəlif vasitələrə əl atmaqdan çəkinməsələr axıdılan qanlara son qoymaq mümkün olar.

Azərbaycanın ağrılı problemi olan Dağlıq –Qarabağ münaqişəsinin həllində vasitəçi qisminə iştirak etmək niyyətini ortaya qoyan rəsmi Tehran dəfələrlə öz təşəbbüsünü irəli sürüb. Lakin Azərbaycanda sabitliyin marağında olmayan qüvvələr bu işə hər rəvacla maneə olmağa çalışıblar. Məsələn Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsinin qızğın dövründə, 1992 –ci ilin may ayında Azərbaycan Respublikasının prezidenti səlahiyyətlərini müvəqqəti icra edən Yaqub Məmmədov Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi ilə bağlı müzakirələr aparmaq üçün qonşu İrana səfər edir. Məmmədovun Tehranda olduğu müddətdə Azərbaycanın gözəl guşələrindən biri sayılan Şuşa rayonunu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilir.

Bu işdə üçüncü qüvvənin əli olduğu açıq-aşkar müşahidə edilir. Beləliklə, eyni dinə, müştərək tarixə, adət-ənənəyə, habelə eyni köklərə malik olan iki dövlətin bir araya gəlib müştərək iş görmələrinin qarşısını almaq istəyən qüvvələr bu siyasi oyundan qalib çıxdı. İki il ötdükdən sonra, 1994-cü ildə ATƏT-n Mins Qrupu yaradılaraq Dağlıq Qarabağ münaqişəsini “həll etmək” üçün regiona göndərilir. O vaxt bu quruma böyük ümidlər bəslənsə də, Minsk Qrupu gözləntiləri doğrultmadı. 20 ilə yaxındır Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini axtaran, lakin tapa bilməyən MQ fəaliyyətindən Azərbaycan xalqı, o cümlədən ölkə rəhbərliyi ciddi şəkildə narazıdır.

Son zamanlar Qarabağın işğaldan azad edilməsi haqda yazılar oxuduqda belə bir tezisə rast gəlmək olar. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazilərinin və yeddi rayonun azad olunması, Fələstinin azadlığından keçir. Düzdür, müsəlmanların birlik simvolu və İslami vəhdətin dayaq nöqtəsi olan Fələstin və Qüds artıq yarım əsrdən çoxdur ki, İsrailin işğalı altındadır. Lakin tarixə nəzər salsaq, Azərbaycanın əraziləri hələ Fələstin işğalından qabaq zəbt edilməyə başlayıb. İlk olaraq 1919 – cu ildə İrəvan xanlığı, 1924–cü ildə Zəngəzur və Göyçə mahalları erməni qəsbkarlarına verildi. Hazırda torpaqlarımızın 20%-i həmin qəsbkarların tapdağı altında qalıb. Hələ bu harasıdır, mənfur düşmən utanmadan Naxçıvan ərazisinin, Kür çayına qədər olan bölgələrin “Tarixi erməni torpaqları” olduğunu iddia edirlər. Bu azmış kimi, onlar qonşu Gürcüstanın və Türkiyənin də bir sıra ərazilərinə iddia edirlər.

Tarixi xronologiyaya baxsaq, Azərbaycan torpaqlarının işğalı təxminən iki əsr bundan əvvəl başlayıb və bu işğal bu gün də davam edir. Ötən əsr boyu Bakıda və Azərbaycanın digər boyük şəhərlərdə yüksək vəzifələrdə çalışan ermənilər Azərbaycan ziyalılarına qarşı represiyalarda birbaşa iştirak ediblər. Beləliklə, bir tərəfdən repressiyalar digər tərəfdən terror aktları və torpaqların işğalı qonşu xalqların, xüsusən də azərbaycanlıların tarixində qara səhifələr kimi keçir.

Bşına gətirilən müsibətlərlə Fələstinlə eyni aqibətini yaşayan Azərbaycan, əzəmətli Qafqazda islamın dayağı olan odlar diyarı, qədim və zəngin tarixə malik irsinə, milli mənəvi dəyərlərinə sadiq qalaraq bu dəyərlərin gələcək nəsillərə ötürülməsi yolunda saysız qurbanlar verib. Bəli, biz tarix boyu qurban verən xalq olmuşuq. Çünki biz imam Hüseynin (ə) şəhadət məktəbinin yetirmələriyik. Bu gündə, mübarək Ramazan ayının son cüməsində əminliklə qeyd etmək olar ki, Azərbaycanda düşmən qarşısına çıxa biləcək Mübarizlər, Fəridlər, Əhmədlər hələ çoxdur. Onlar daim vətən torpaqlarının müdafiəsi uğrunda şəhadət şərbətini tərəddüdsüz içməyə hazırdılar.

Azərbaycan işğal altında olan torpaqlarını istənilən vasitə ilə azad etmək seçimini özündə saxlayır. Bu cür bəyanatlar dəfələrlə Azərbaycan rəsmilərinin dillindən müxtəlif formatlı tədbirlərdə, o cümlədən ən yüksək səviyyədə bəyan edilib.

Azərbaycan müharibəyə üstünlük verəsi olarsa, müsəlman ölkələrinin təcrübəsindən istifadə yollarının da nəzərdən keçirilməsi məqsədə uyğun olardı. Çünki Son olaraq yenədə “Qüds Günü”nə qayıdaq. Bu gün sadəcə bir tarix deyil və bu o demək deyil ki, müsəlmanlar Qüdsü ildə bir dəfə yada salsınar. Çünki Qüds müsəlmanların döyünən ürəyidir. “Qüds Günü” isə, İslam torpaqlarının hədəfdə olduğuna işarət edən bir anlamdır.

(SƏRBƏST YAZI)

 

Fərdin İsazadə

SalamNews arxivindən

Teqlər

Şərhlər