Livan prezidenti İsrail ilə əlaqələrin normallaşdırılmasını rədd edib
İsrail rejimi ilə əlaqələrin istənilən formada normallaşdırılmasını rədd edən Livan prezidenti Livan ərazisinin bir hissəsini işğal altda saxlayan bir rejimlə «müharibə vəziyyəti»nə dəstəyini vurğulayıb.
Cozef Aun sionist rejimin xarici işlər naziri Gideon Saar-ın iyunun otuzunda işlətdiyi: «İsrail Suriya və Livanla əlaqələrin normallaşdırılmasına maraqlıdır» ifadəsinə ilk reaksiyasında vurğulayıb ki, normallaşdırma məsələsi Livanın hazırkı xarici siyasətinin bir hissəsi deyildir.
Livan prezident aparatının bəyanatına əsasən, Aun «ərəb və beynəlxalq əlaqələr şurası»ndan olan nümayəndə heyətilə görüşdə sülh ilə əlaqələrin normallaşdırılması məsələlərini bir-birilərindən ayırıb. Qeyd edib ki: Sülh, müharibəsiz bir vəziyyətdir və müharibə vəziyyəti hal-hazırda bizi nigaran edən bir məsələdir. Əlaqələrin normallaşdırılması məsələsinə isə, Livanın hazırkı xarici siyasətində yer yoxdur.
O, İsrail rejimi ordusundan Livanın cənubunda öz işğalı altında saxladığı beş bölgədən geri çəkilməsini istəyib.
Bir ildən çox bir müddətdə İsrail rejimi ilə Livan Hizbullahı arasında davam edən və ötən ilin sentyabrında aşkar qarşıdurmaya çevrilən döyüşlərdən sonra- noyabr ayından etibarən, Təl-Əvivlə Beyrut arasında atəşkəs bərqərar edildi. Bununla belə, sionist rejim ordusu atəşkəsi pozmaqla Livanın müxtəlif bölgələrində, xüsusilə də bu ölkənin cənubunda öz hücumlarını davam etdirir və əksər hallarda Hizbullahın üzvləri və ya mövqelərini hədəfə aldığını iddia edir.