Okt 16, 2021 09:37 Asia/Baku
  • Bəşəriyyətin xilaskarının imamətinin başlanması mübarək olsun!

Bu gün Rəbiül-əvvəl ayının 9-u, bəşəriyyət aləminin xilaskarınn imamətinin başlandığı gündür.

SəhərAzəri bildirir ki, şiələrin 11-ci imamı Həzrət İmam Həsən Əskərinin (ə) 260-cı hicri qəməri ili Rəbiül-əvvəl ayının 8-də şəhadətindən sonra o, həzrətin övladı Həzrət Mehdi (əc) imamətə çatdı. 

Həzrət Mehdi(əc) möhtərəm atası İmam Həsən Əskərinin (ə) cənazəsinə namazın qıldıqdan sonra Allah-Taalanın izni ilə nəzərlərdən pünhan oldu ki, bu zamandan etibarən o, həzrətin qısa qeybolma, «qeybəti suğra» dövrü başlanıb.

Həzrət Mehdi (əc) həmin dövrdə özünün xas naibləri vasitəsilə xalq ilə əlaqədə olurdu. Nəhayət 329-cu hicri qəməri ilində daha birbaşa nümayəndə təqdim etmədi və o həzrətin uzunmüddətli qeybolma dövrü başlandı.

Həzrət Mehdinin (əc) qeyb olmasının dəlilləri rəvayətlərə görə, o həzrətə qarşı sui-qəsd ehtimalı, o həzrətin öhdəsində beyətin olmaması və şiələrin sıanqdan keçirilmələri olduğu bildirilibdir.

Bütün ilahi dinlər bəşəriyyətin gələcəyini aydın, ədalətin yayılması və bəşəriyyət aləminin xilaskarının zühur etməsi ilə yanaşı hesab edirlər.

Teqlər