İslam inqilabının böyük rəhbəri hacılara müraciət ediblər
İslam inqilabının böyük rəhbəri müsəlman ölkələrin başçıları və islam dünyasının bütün ziyalılarının üzərinə düşən vəzifənin vəhdət yaratmaq, xalqları məlumatlandırmaq və müsəlman ölkələrdəki acı faciələri dərhal dayandırmaqdan ibarət olduğunu bildiriblər.
İran islam inqilabının böyük rəhəbir Həzrət Ayətullahül-üzma Xamenei bu gün Beytüllahül-Haram hacılarına etdikləri müraciətdə hegemoniya quruluşunun müsəlmanlar arasında təfriqə siyasətlərinə toxunaraq deyib: Fələstini müdafiə və 70 ilə yaxındır özlərinin qəsb ölunmuş ölkələri uğrunda mübarizə aparan xalqı müşayiət hamımızın ən önəmli vəzifəmizdir.
İslam inqilabının böyük rəhbəri müsəlman ictimaiyyətinin misilsiz həcc fərizəsinin hər iki istiqamətinə yəni mənəvi və siyasi, fərdi və ictimayi yönlərinə ehtiyaclı olduğunu bildirərək deyiblər: Bir tərəfdə maddi həyat cadusu, müasir vasitələrdən faydalanaraq aldatmaq və məhv etməkdədir, digər tərəfdən isə hegemoniya sisteminin siyasətləri, müsəlmanlar arasında fitnəçilik və alovlandırmaq, müsəlman ölkələri destabillik və ixtilaf cəhənnəminə çevirməyə xidmət edir.
Həzrət Ayətullahül-üzma Xamenei deyib: Həcc islam ümmətinin mübtəla olduğu bu iki xəstəlik üçün şəfaverici dərman ola bilər; həm ürəkləri paslardan təmizləyə, təqva və mərifət nuru ilə işıqlandıra bilər həm də gözləri islam dünyasındakı acı reallıqlara aça , onlarla qarşılaşmaq üçün əzmkarlıq yarada, addımları möhkəmləndirə və əllər və fikirləri fəaliyyətə cəlb edə bilər.
İslam inqilabının böyük rəhbəri bu gün islam dünyasının destabilliyə düçar olduğunu bildirərək xatırladıblar: Əxlaqi, mənəvi və siyasi estabillik, bizim qəflətimizin və düşmənin rəhmsizcəsinə hücumunun əsas amilidir və biz düşmənin hücumu qarşısında özümüzün dini və əqli vəzifəmizi yerinə yetirmədik.
İslam inqilabının böyük rəhbəri bildiriblər: Sionist düşmən islam dünyası cöğrafiyasının ürəyində fitnəçiliklə məşğuldur və biz Fələstinin xilası üzrə qəti vəzifəmizdən qafil olaraq, başımız Suriyada daxili müharibəyə, İraq, Yəmən, Liviya və Bəhreynə və Əfqanıstan və Pakistan və başqa yerlərdə terrorizm ilə qarşılaşmağa qarışıb.
Həzrət Ayətullahül-üzma xanenei bildiriblər: Müsəlman ölkələrin başçıları, islam dünyasının siyasi, dini və mədəni xadimlərinin üzərinə ağır məsuliyyət düşür, bu vəzifə vəhdət yaratmaq, hamını etnik və məzhəb savaşından çəkindirmək, xalqları dünyanın zalım qüvvələri və sionizmin düşmənçilik və xəyanət metodları barədə məlumatlandırmaq, hamını yumşaq və sərt müharibənin müxtəlif formalarının meydanlarında düşmənlə qarşılaşmağa təchiz etmək, Yəmən kimi acı nümunələri ilə dünya böyu kədərə və etiraza səbəb olan müsəlman ölkələr arasında faciəli hadisələrin dərhal qarşısını almaqdan ibarətdir.