Ruhani Qurban bayramı münasibətilə islami ölkələrin başçılarını təbrik edib
https://azeri.sahartv.ir/news/münasibət-i346268-ruhani_qurban_bayramı_münasibətilə_islami_ölkələrin_başçılarını_təbrik_edib
İran İslam Respublikasının prezidenti dünən gecə Allah-Taalanın fərmanının yerinə yetirilməsində qələbə bayramı olan Qurban bayramı münasibətilə islami ölkələrin başçılarını təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2019 02:52 Asia/Baku
  • Ruhani Qurban bayramı münasibətilə islami ölkələrin başçılarını təbrik edib
    Ruhani Qurban bayramı münasibətilə islami ölkələrin başçılarını təbrik edib

İran İslam Respublikasının prezidenti dünən gecə Allah-Taalanın fərmanının yerinə yetirilməsində qələbə bayramı olan Qurban bayramı münasibətilə islami ölkələrin başçılarını təbrik edib.

Həsən Ruhani bayram təbriklərində ümidvarlıq edibdir ki, islami ölkələrin başçıları daha çox vəhdətlə dünyada terrorizm, həmçinin hegemonçuların hökmranlıqları və təkvektorluqları ilə mübarizə aparacaq, İslam Ümməti arasında qardaşlığın və ədalətin möhkəmləndirilməsi, habelə regionda və dünyada sülh və sabitliyin daha da genişləndirilməsi üçün imkan yaradacaqlar.

Bəzi islami ölkələrdə, o sıradan Suriya, Fələstin, Əfqanıstan və Türkiyədə bazar günü, bəzi digər islami ölkələrdə, o cümlədən İran İslam Respublikasında bu gün səadətli Qurban bayramıdır.