Həzrət Məhdi(əc)-ın mövlud günü mübarək olsun
Hicri qəməri ili şəban ayının on beşi və milad ili martın 29-u, dünya şiələrinin on ikinci imamı, Həzrət Məhdi(əc)-in mübarək mövludunun ildönümü günüdür.
SəhərAzəri xəbər verir ki, Həzrət Məhdi(əc) 255-ci hicri qəməri ili şəban ayının on beşi səhərçağı Samirra şəhərində dünyaya göz açıb. O həzrətin möhtərəm atası İmam Həsən Əsgəri(ə), anası isə Nərcis xatun olubdur.
Həzrət Məhdi(əc) dünyaya gəldikdən sonra təqribən beş il ərzində möhtərəm atası İmam Həsən Əsgəri(ə)-ın başçılığı altında yarıgizli şəkildə yaşayırdı.
Həzrət İmam Həsən Əsgəri(ə)-ın 260-cı hicri qəməri ilində şəhid olmasından sonra qısa qeybolma dövrü başlandı və 329-cu ilədək davam etdi. Bu dövrdə Həzrət Məhdi(əc) özünün dörd nümayəndəsi vasitəsilə xalqın işlərini idarə edirdi.
İmam Zaman(əc)-in böyük qeybolma dövrü də 329-cu hicri qəməri ilindən başlanıbdır.
Ötən illərdə Həzrət İmam Məhdi(əc)-in mövlud gününün ildönümündə İslami İran xalqı və dünya şiələri dini məkanlarda olur, müxtəlif şənliklər keçirir, şərbət və şirniyyatlar paylayır, mövludxanlıq və mədhiyyəxanlıq mərasimləri təşkil edir və bununla, İmam Zamanı(əc)-ə öz hörmətlərini ifadə edirdilər. Bu il isə koronavirus pandemiyasına görə, bu böyük şənliyi öz evlərində qeyd etmək qərarına gəliblər.