Hüseyn(ə) Ərbəini günü münasibətilə başsağlığı veririk!
İslami İran İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin şəhadətinin qırxıncı günü olan Hüseyn(ə) Ərbəini günündə matəm və əzadarlığa qərq olub.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün 1444-cü hicri qəməri ili səfər ayının iyirmisi, 2022-ci il sentyabrın on yeddisi, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin Kərbəla çölündəki şəhadətləriinin ərbəinidir.
Dünyanın hər yerindən, o sıradan İran İslam Respublikasından milyonlarla zəvvar bu gündə Hüseyn(ə) Ərbəini mərasimində iştirak etmək üçün İraqın cənubundakı Kərbəla şəhərinə daxil olur.
Həzrət İmam Hüseyn(ə) və onun vəfalı köməkçiləri hicrətin 61-ci ili, məhərrəm ayının onunda Kərbəlada şəhid oldular.
Həzrət İmam Hüseyn(ə) Məkkədən Kərbəlaya yola düşdüyü andan Kərbəlada şəhid olduğu ana kimi Kərbəla hadisəsi barədə açıq şəkildə vurğulayardı: Mənim hərəkət etməkdə məqsədim, Yezidin İslama zidd hökumətini rüsvay etmək, «əmr be məruf və nəhy əz münkər»i həyata keçirmək, zülm və zorakılıq qarşısında dayanmaqdır və Quran-Kərimi himayə etmək və əsl Məhəmməd İslamını qorumaqdan başqa heç bir məqsədim yoxdur.
İslami İran xalqı şəhidlər ağasının şəhadətinin 40-cı gecəsinin mərasimində Hüseyn(ə) Tasuası və Aşurası gecələri və günlərində olduğu kimi, səhiyyə protokollarına riayət etməklə küçələr və açıq mühitlərdə əzadarlıq edir.
Növhəxanlıq, sinə və zəncirvurma və Həzrət İmam Hüseyn(ə)-ın mövqeyi və şəxsiyyəti haqda çıxışlar, İranın mömin və Hüseyni xalqının Hüseyn(ə) Ərbəini gecəsi və günündəki mühüm tədbirlərindəndir.
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı Hüseyn(ə) Ərbəini münasibətilə bütün müsəlmanlara, xüsusən dünya şiələri və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.