Yan 23, 2023 19:00 Asia/Baku
  • Bu gün İmam Məhəmməd Baqirin (ə) mövludu günüdür!

Bu gün 1444-ci hicri qəməri ili Rəcəb ayının biri, dünya şiələrinin beşinci ulduzu İmam Məhəmməd Baqirin (ə) səadətli viladətinin ildönümünü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, İmam Məhəmməd Baqir (ə) 57-ci hicri qəməri ili Rəcəb ayının birində Mədinə şəhərində dünyaya göz açdı.

İmam Məhəmməd Baqirin(ə) əzəməti hər kəsin diqqətini çəkir,  hər yerdə haşimilər, ələvilər və fatimilərin böyüklüyündən söhbət gedirdisə o həzrəti bütün bu müqəddəslərin varisi kimi tanıyırdılar. 

Ən cazibəli sima, ən bağışlayan insan, İmam Məhəmməd Baqirin(ə) bəzi özəlliklərini təşkil edirdi. 

İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (ə) mövludu günündə bütün islami İran şənlik içindədir. 

İmam Məhəmməd Baqirin (ə) mövludu şənlikləri islami İranın hər bir yerində xüsusiylə məscidlər, müqəddəs məkanlar və imamzadələrdə keçirilməkdədir. İsmət və Təharət əhli-beytinin(ə) aşiqləri bu mərasimlərdə iştirak edərək, şiriniyyat paylayır və İmamət səmasının 5-ci ulduzunun mövludunu biri-birlərinə təbrik edirlər. 

Səhər Azəri kanalı İmam Məhəmməd Baqirin(ə) mövludunun ildönümü günü münasibəti ilə bütün dünya müsəlmanlarını və azadə insanları təbrik edir. 

 

Teqlər